ABŞ-da uzun illər "dəmir ağciyər" adlanan süni tənəffüs aparatından istifadə edən son pasiyent vəfat edib.
Azmedinfo.az "Oklahoma's News 4" telekanalının məlumatına istinadən yazır ki, pasiyent Marta Lillard 1953-cü ildə, ABŞ-da poliomielitə qarşı peyvəndin geniş tətbiqindən iki il əvvəl bu xəstəliyə yoluxmuşdu. O zaman onun cəmi 5 yaşı var idi.
Marta Lillardın həyatı 73 il ərzində "dəmir ağciyər" adlanan süni tənəffüs cihazı ilə dəstəklənib. Xəstəliyin ilk illərində o, günün 23 saatını aparatın içərisində keçirirdi. Sonrakı dövrlərdə isə cihazdan yalnız yuxu zamanı istifadə edirdi. Lakin həyatının son səkkiz ayında yenidən sutkanın 24 saatını bu aparatın içində keçirməyə məcbur olmuşdu.
Zaman keçdikcə cihaz sıradan çıxmağa başlayıb. Aparatın bəzi hissələri 1940-cı illərdən qaldığı üçün onların ehtiyat hissələrini tapmaq demək olar ki, mümkün olmayıb. Bundan əlavə, pasiyent tibbi xidmətə çıxışla bağlı çətinliklər yaşayır, həmçinin "dəmir ağciyər"in iş prinsipini bilən mütəxəssislərin sayı getdikcə azalırdı.
Məlumatda bildirilir ki, Marta Lillard vəfat etdikdən sonra onun cəsədi 73 ildən sonra ilk dəfə "dəmir ağciyər" aparatından çıxarılıb və o, nəhayət bu cihazdan kənarda əbədi rahatlıq tapıb.
"Dəmir ağciyər" nədir?
"Dəmir ağciyər" tənəffüs əzələlərini idarə etmək qabiliyyətini itirmiş xəstələrin nəfəs almasını təmin edən hermetik kameraya malik mexaniki süni tənəffüs cihazıdır. Bu cür vəziyyət poliomielit, botulizm və bəzi zəhərlənmələr zamanı yarana bilər. Müasir tibbdə isə bu texnologiyanı daha təhlükəsiz, səmərəli və kompakt süni ventilyasiya sistemləri əvəz edib.
Poliomielitə qarşı peyvəndlərin geniş tətbiqi nəticəsində dünyada bu xəstəliyin yayılması kəskin azalıb və "dəmir ağciyər" kimi cihazlara ehtiyac demək olar ki, aradan qalxıb. Bu hadisə peyvəndlərin yoluxucu xəstəliklərin qarşısının alınmasında və ağır fəsadların azaldılmasında oynadığı mühüm rolu bir daha nümayiş etdirir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654