Skabiez Sarcoptes scabiei gənəsinin törətdiyi yoluxucu dəri xəstəliyidir.
Azmedinfo.az xəbər verir ki, dermatoloq Elanə Rəsulovanın sözlərinə görə, xəstəlik əsasən yoluxmuş şəxslə uzunmüddətli yaxın təmas, həmçinin istifadə olunan paltar, dəsmal və yataq dəstləri vasitəsilə asanlıqla yayıla bilir.
Mütəxəssis bildirib ki, qoturluğun ən xarakterik əlaməti gecə saatlarında daha da güclənən intensiv qaşınmadır. Bundan əlavə, dəridə xırda səpgilər, qaşıntı və cızıq izləri də müşahidə oluna bilər.
Ekspert qeyd edib ki, qoturluq tam müalicə olunan xəstəlikdir. Lakin müalicə yalnız dermatoloqun təyinatı və nəzarəti altında aparılmalıdır. Erkən diaqnozun qoyulması xəstəliyin daha qısa müddətdə sağalmasına və ətrafdakılara yoluxma riskinin azalmasına kömək edir.
Dermatoloq gecə saatlarında artan qaşınma və dəridə səpgilər müşahidə olunduğu halda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edir.
Mütəxəssis həmçinin şəxsi gigiyena qaydalarına riayət etməyin, paltar və yataq dəstlərini mütəmadi yumağın, eləcə də yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinməyin qoturluqdan qorunmaq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayır. Sağlam dərinin qorunması isə hər birimizin məsuliyyətidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654