Hər il 28 iyul tarixində qeyd olunan Ümumdünya Hepatit Günü virus hepatitləri barədə məlumatlılığın artırılması, erkən diaqnostika və profilaktik tədbirlərin təşviqi məqsədi daşıyır. Qaraciyər orqanizmdə maddələr mübadiləsini tənzimləyən, zərərli maddələri zərərsizləşdirən və həyat üçün vacib funksiyalar yerinə yetirən əsas orqanlardan biridir. Buna görə də onun sağlamlığının qorunması ümumi sağlamlığın ayrılmaz hissəsidir.
Azmedinfo.az xəbər verir ki, mütəxəssislərin bildiridiyinə görə, vius hepatitləri, xüsusilə hepatit B və hepatit C uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. İnsan özünü tam sağlam hiss etsə də, xəstəlik illər ərzində qaraciyərdə ciddi zədələnmələrə səbəb ola bilər. Vaxtında aşkar edilmədikdə bu infeksiyalar qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ağır fəsadlarla nəticələnə bilər. Məhz buna görə risk qrupuna daxil olan şəxslərin mütəmadi müayinədən keçməsi böyük əhəmiyyət daşıyır.
Hepatit B-yə qarşı etibarlı və effektiv peyvənd mövcuddur. Peyvənd həm uşaqları, həm də böyükləri bu təhlükəli infeksiyadan qorumağın ən təsirli yollarından biridir. Hepatit C üçün isə peyvənd olmasa da, müasir antiviral müalicə üsulları xəstəliyin tam sağalmasına imkan yaradır. Bunun üçün infeksiyanın erkən mərhələdə aşkarlanması vacibdir.
Qaraciyərin sağlamlığını qorumaq üçün yalnız virus hepatitlərindən qorunmaq kifayət deyil. Sağlam qidalanmaq, alkoqoldan uzaq durmaq, həkim məsləhəti olmadan dərman qəbul etməmək, təhlükəsiz tibbi və kosmetoloji prosedurlara üstünlük vermək, şəxsi gigiyena qaydalarına riayət etmək və mütəmadi tibbi müayinələrdən keçmək qaraciyərin normal fəaliyyətinin qorunmasına kömək edir.
Ümumdünya Hepatit Günü hər kəs üçün öz sağlamlığına daha məsuliyyətlə yanaşmaq üçün mühüm bir çağırışdır. Sadə bir qan analizi ilə hepatit B və C infeksiyalarını erkən aşkar etmək mümkündür. Unutmayaq ki, vaxtında müayinə, peyvənd və erkən diaqnostika minlərlə insanın həyatını xilas edə, qaraciyərin sağlamlığını qoruyaraq sağlam gələcəyin əsasını qoya bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654