Böyümənin ilk günlərində körpənin immunitet sistemi hələ tam formalaşmadığı üçün o, müxtəlif infeksion xəstəliklərə qarşı daha həssas olur.
Azmedinfo.az xəbər verir ki, həkim-pediatr Fərəh Əsədovanın sözlərinə görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən tətbiq edilən Milli Peyvənd Təqvimi infeksiyalara qarşı ən effektiv və təhlükəsiz müdafiə üsuludur.
Həyatın ilk 48 saatı ərzində doğum evində vurulan BCG peyvəndi körpəni vərəmin ağır və həyati təhlükə yaradan formalarından qoruyur. Eyni zamanda tətbiq edilən Hepatit B peyvəndinin ilk dozası qaraciyərin zədələnməsinin və xroniki infeksiyaların qarşısını almaq üçün ilkin müdafiə qatı yaradır. Körpə 2 aylığına çatdıqda isə bir iynə ilə Difteriya, Göyöskürək, Tetanoz, Hepatit B, Poliomielit və Hib infeksiyasına qarşı müqavimət formalaşdıran Heksavalent vaksini vurulur. Bununla yanaşı tətbiq olunan Pnevmokok peyvəndinin 1-ci dozası uşaqlarda tez-tez rast gəlinən pnevmoniya xəstəliyinin qarşısını almağa xidmət edir.
Mütəxəssislər bildirirlər ki, istifadə olunan bütün peyvəndlər beynəlxalq keyfiyyət standartlarına tam cavab verir və yüksək dərəcədə təhlükəsizdir. İnyeksiyadan sonra müşahidə olunan yüngül qızdırma, iynə yerində qızartı və narahatlıq normal immunitet reaksiyası hesab olunur və adətən 1–2 gün ərzində öz-özünə keçib gedir. Uşağın orqanizmində maksimum müdafiə səviyyəsinin yaranması üçün vaksinlərin müəyyən olunmuş cədvələ uyğun, vaxtında vurulması böyük əhəmiyyət kəsb edir. Unutmayın ki, peyvəndləmə övladınızı ağır infeksiyalardan və onların fəsadlarından qorumağın ən etibarlı yoludur və cədvəllə bağlı istənilən sualınız olduqda ərazi üzrə uşaq poliklinikasının sahə pediatrı ilə məsləhətləşməyiniz tövsiyə olunur.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Oktyabr 2026510
-
Pediatr alim milli pediatriyanın ictimai səhiyyənin inkişafına töhfələrindən bəhs edibƏn çox oxunanlar02 Oktyabr 2026484
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026358
-
Pediatrik bioetika və süni intellektin etik məsələləri beynəlxalq konfransda təhlil edilibƏn çox oxunanlar05 Oktyabr 2026356
-
Azərbaycanın orqan transplantasiyası sahəsində hüquqi və bioetik təcrübəsi beynəlxalq konqresdə təqdim olunubƏn çox oxunanlar02 Oktyabr 2026294
-
İnsan olmaq üçün müsəlman yox, müsəlman olmaq üçün gərək insan olasanƏn çox oxunanlar03 Oktyabr 2026214
-
Həzm problemləri ürək ritminə necə təsir edə bilər?Ən çox oxunanlar30 Sentyabr 2026200
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 2026196
-
Qadın Sağlamlığı Mərkəzi yeni ultrasonoqrafiya kursu təqdim edirƏn çox oxunanlar30 Sentyabr 2026182
-
Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıbƏn çox oxunanlar07 Oktyabr 2026182
-
Onlar Allahı layiqincə dərk etmədilərƏn çox oxunanlar05 Oktyabr 2026170
-
TƏBİB və ABŞ şirkəti arasında süni intellekt və rəqəmsal səhiyyə üzrə əməkdaşlıq müzakirə olunubƏn çox oxunanlar30 Sentyabr 2026170
-
Səqifədən sonra Quranın ilahi nazilolma nizamının dəyişdirilməsində məqsəd nə idi?Ən çox oxunanlar02 Oktyabr 2026162
-
Azərbaycan və Özbəkistan mütəxəssisləri pediatriya və uşaq cərrahiyyəsi sahəsində təcrübə mübadiləsi aparıblarƏn çox oxunanlar03 Oktyabr 2026160
-
ÜST: son 6 ildə taunun təsdiqləndiyi 6 ölkədə 423 nəfər həyatını itiribƏn çox oxunanlar01 Oktyabr 2026160
-
Gənc cərrahlar minimal invaziv ürək əməliyyatının müasir üsullarını öyrəniblərƏn çox oxunanlar01 Oktyabr 2026160
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edibƏn çox oxunanlar05 Oktyabr 2026148
-
Din birdir - İslamƏn çox oxunanlar06 Oktyabr 2026148
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026146
-
Hamiləlikdə emosional dəyişikliklər normaldırmı? – Mütəxəssis mühüm məqamlara aydınlıq gətirirƏn çox oxunanlar03 Oktyabr 2026144