9 yaşlı Binyamin Mirzəbəkov son üç ildir böyrək çatışmazlığı ilə mübarizə aparır. Xəstəlik ona altı yaşında diaqnoz qoyulub və zaman keçdikcə vəziyyəti daha da ağırlaşıb. Hazırda Binyaminin həyatı dializ müalicəsindən asılıdır. Dializ böyrəklərin bəzi funksiyalarını müvəqqəti şəkildə əvəz etsə də, bu müalicə transplantasiyanı əvəz edə bilmir.
Azmedinfo.az xəbər verir ki, Binyaminin atası Elxan Mirzəbəkov oğlunun yaşadığı çətinlikləri belə təsvir edir:
"Uşağın bədəni göyərir, iştahası olmur, sürətlə arıqlayır, nəfəs almaqda çətinlik çəkir, zaman-zaman qıcolmalar keçirir. Həftədə üç gün onu dializə aparıram. Dializdən sonra isə güclü ağrıları olur. Bu, həm fiziki, həm də mənəvi baxımdan çox ağırdır."
Ailə Xaçmazda yaşayır. Elxan Mirzəbəkov deyir ki, oğlunun xəstəliyi onun da həyatını tamamilə dəyişib. Binyaminin müalicəsi və qayğısı bütün vaxtını aldığı üçün işləmək imkanları da xeyli məhdudlaşıb.
Ötən il ailə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək Binyaminin transplantasiya üçün qeydiyyata alınmasına nail olub.
Canlı donor tapılması üçün ailə üzvlərinin uyğunluğu yoxlanılıb. Lakin yaxın qohumlar arasında uyğun donor tapılmayıb. Yalnız nənəsinin uyğun olduğu müəyyən edilsə də, onun yaşı ilə bağlı tibbi göstərişlərə əsasən transplantasiyanın həyata keçirilməsi mümkün sayılmayıb.
Atanın ən böyük arzusu oğlunun yenidən sağlam uşaqlıq illərinə qayıtmasıdır:
"Öz ürəyimi belə övladıma verərəm, təki o yaşasın."
Binyamin və onun kimi orqan gözləyən onlarla uşaq üçün hər saniyə həyatla ölüm arasında gedən ağır mübarizədir. Canlı donoru olmayan hər bir xəstə kimi, onların da həyatı orqan ianəsindən asılıdır. Beyin ölümü baş vermiş bir şəxsin bağışlanan orqanları bir neçə insana yenidən yaşamaq şansı verə bilər.
Orqan ianəsi ilə bağlı verilən hər bir müsbət qərar bu uşaqlar üçün yarımçıq qalmış nağılların davamı, yarımçıq qalmış uşaqlığın bərpası deməkdir. Bəzən cəmi bir qərar bir ailənin acısını böyük bir möcüzəyə çevirə, onların qaranlıq dünyasına günəş kimi doğa bilər.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzin məlumatı əsasında
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026294
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026226
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026194
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026182
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026180
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026176
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026172
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026170
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026170
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026168
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026166
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026160
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026154
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026154
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026152
-
Fatihə, yoxsa Məun?Ən çox oxunanlar07 Sentyabr 2026152
-
Azərbaycan-ŞƏT əməkdaşlığında səhiyyə də prioritet istiqamətlərdən biri kimi göstərilirƏn çox oxunanlar01 Sentyabr 2026150
-
100 il uşaq sağlamlığının keşiyində: Azərbaycan pediatriyasının memarı Akademik Adilə NamazovaƏn çox oxunanlar08 Sentyabr 2026150
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026150
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148