Planet əhalisinin 8,3 milyard nəfəri keçməsi sadəcə növbəti demoqrafik göstərici deyil, bəşəriyyətin gələcəyi ilə bağlı böyük bir sınaqdır.
Azmedinfo.az Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudovun çağırışını oxucuları ilə bölüşür:
"Əsas sual bu qədər insanın sadəcə fiziki olaraq yaşamasını deyil, onların sağlam, təhlükəsiz və ləyaqətli həyatını necə təmin etməkdir."
Tibb elminin inkişafı insan ömrünü uzadıb, bir çox ölümcül xəstəlikləri idarəolunan edib. Lakin müasir dünya paradokslarla doludur: bir tərəfdə aclıq və su qıtlığı, digər tərəfdə artıq istehlakın yaratdığı piylənmə və diabet. Bir tərəfdə elementar tibbi xidmətdən məhrum milyonlar, digər tərəfdə ömrü uzatmaq üçün xərclənən milyardlar. Deməli, problem resursların azlığında deyil, onların ədalətsiz bölgüsündədir.
Önümüzdəki onilliklərdə süni intellekt, genetika və biotexnologiya insan həyatını köklü şəkildə dəyişəcək. Xəstəliklərin erkən diaqnostikası, fərdiləşdirilmiş müalicələr və aqrar sahədə yeni imkanlar böyük nailiyyətdir. Lakin burada kritik bir sərhəd var: texnologiyanın inkişafı insanın mənəvi inkişafını qabaqlamamalıdır. Süni intellekt nəyi edə biləcəyimizi göstərə bilər, lakin nəyi etməli olduğumuza yalnız insanın vicdanı, etikası və elmi düşüncəsi qərar verməlidir.
Ömrü uzatmaq kifayət deyil, onun dəyərini və keyfiyyətini də artırmaq lazımdır. 8,3 milyard insan planet üçün yük və ya sadəcə istehlakçı deyil; bu, doğru təhsil, səhiyyə və idarəetmə ilə bəşəriyyətin sahib ola biləcəyi en böyük intellektual potensialdır.
XXI əsrin en böyük sınağı süni intellekt yaratmaq deyil, bu zəkanın qarşısında insanlığımızı, vicdanımızı və cavabdehliyimizi qorumaqdır. Çünki gələcəyi müəyyən edən planetdə neçə milyard insanın yaşaması deyil, həmin insanların necə bir dünya qurması olacaq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654