Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəsmisi Kler Nullis bildirib ki, Qərbi Avropada müşahidələr tarixində ən isti iyun-iyul ayları qeydə alınıb.
Azmedinfo.az "Anadolu Ajans"a istinadən yazır ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında bildirilib.
Avqust ayının Avropada və Şimal yarımkürəsinin digər hissələrində bayram mövsümünün zirvəsi olduğuna diqqət çəkən Nullis qeyd edib ki, buna baxmayaraq, bir çox milli meteoroloji və hidroloji xidmətlər, fövqəladə halların idarə edilməsi, cavab qrupları və səhiyyə işçiləri ekstremal hava şəraiti səbəbindən intensiv işləməli olublar.
Nullis əlavə edib: “Avropa İttifaqının “Kopernik” Yer Müşahidə Proqramına görə, Qərbi Avropada rekord dərəcədə isti iyun-iyul ayları yaşanıb. Qlobal miqyasda səth havasının orta temperaturu sənaye öncəsi baza dəyərindən (1850-1900-cu illərin ortalaması) 1,47 dərəcə Selsi yüksək olub və nəticədə rekord səviyyədə ikinci ən isti iyul ayı qeydə alınıb”.
ÜMT rəsmisi qeyd edib ki, dəniz səthinin temperaturu iyul ayı üçün indiyə qədər qeydə alınan ən yüksək səviyyələrə çatıb və Qərbi Avropadakı bəzi ölkələr yayın dördüncü isti dalğası ilə üzləşir. “Güclü və uzunmüddətli quraqlıq kənd təsərrüfatına, çayların səviyyələrinə, nəqliyyata və enerjiyə dağıdıcı təsir göstərir, habelə meşə yanğınları riskini artırır”, -deyə o bildirib.
Yaponiya və Cənubi Koreyanın ötən həftə Asiyanın, Yaxın Şərqin və Latın Amerikasının digər bölgələrində olduğu kimi müstəsna və rekord temperatur yaşadığını xatırladan Nullis, həmçinin güclü musson yağışlarının və daşqınların Qərbi Afrikanın bəzi hissələrinə təsir etdiyini qeyd edib.
“Ümumdünya Meteorologiya Təşkilatı humanitar təşkilatlar üçün həftəlik Qlobal Hidrometeoroloji Tədqiqat hesabatında bu həftə Şimal-Şərqi və Qərbi Hindistan, Şərqi Pakistan, Nepal, Banqladeş, Butan, Myanma və Cənub-Şərqi Asiyanın bəzi yerlərində çox güclü yağışlar, həmçinin qəfil daşqınlar və sürüşmələr riski barədə xəbərdarlıq edib”, - deyə ÜMT rəsmisi bildirib.
Həmçinin vurğulanıb ki, ekstremal hava şəraiti etibarlı və vaxtında proqnozlara və erkən xəbərdarlıqlara ehtiyac olduğunu bir daha vurğulayır. Buna görə də “Hamı üçün erkən xəbərdarlıqlar” təşəbbüsü Ümumdünya Meteorologiya Təşkilatı və onun üzvləri üçün əsas prioritet olaraq qalır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654