Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Oktyabr 2026, Cümə, 00:30
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanın səhiyyə tarixinə yazılan uğurlu addım
14 Avqust 2026
502
Azərbaycanın səhiyyə tarixinə yazılan uğurlu addım

Ötən il Azərbaycanda və bütün Qafqaz regionunda tibb sahəsində mühüm bir ilkə imza atılıb. 2025-ci ilin fevral ayında ölkədə ilk dəfə olaraq meyit donordan orqan transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.

 

Azmedinfo.az xəbər verir ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, beyin ölümü rəsmən təsdiqlənmiş şəxsin ailəsi donorluğa razılıq verib. Humanitar qərar sayəsində donorun qaraciyəri bir xəstəyə, buynuz qişaları isə iki fərqli xəstəyə köçürülərək ümumilikdə üç nəfərə yeni həyat və sağalma ümidi bəxş edilib.

 

Region üçün tarixi əhəmiyyət kəsb edən bu mürəkkəb prosesin təşkili və koordinasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən peşəkarlıqla icra olunub.

Ən çox oxunanlar