Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
31 Avqust 2026, Bazar ertəsi, 11:28
Əlaqə vasitələri
Bizimlə əlaqə
Kardiologiya İnstitutunda pasiyentlərə göstərilən şərait və xidmət keyfiyyəti yerində yoxlanılıb
28 Avqust 2026
116

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində tədbirlər davam etdirilir.

Azmedinfo.az xəbər verir ki, İnstitutun direktoru, professor Gülnaz Dadaşova stasionar şöbələrdə palatalara baxış keçirərək pasiyentlərin sağlamlıq vəziyyəti, müalicə prosesi və onlara yaradılmış şəraitlə yaxından tanış olub. Baxış zamanı pasiyentlərlə və tibb heyəti ilə görüş keçirilib, göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra avqust ayının əvvəlindən fəaliyyətə başlayan könüllülərlərin fəaliyyəti ilə tanışlıq olub. Könüllülər institutda pasiyentlərin və onların yaxınlarının məlumatlandırılması, istiqamətləndirilməsi, eləcə də xəstəxanada olduqları müddətdə onlara dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir.

İnstitut rəhbərliyi könüllülərin fəaliyyətinin pasiyentyönümlü xidmətlərin inkişafına və tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ən çox oxunanlar