Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 15:53
Əlaqə vasitələri
Bizimlə əlaqə
“Xəzəri Qoruyaq!” təmizlik aksiyasına start verilib  
05 Sentyabr 2026
88
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, dövlət və özəl təşkilatların tərəfdaşlığı ilə ilin ilk “Xəzəri Qoruyaq!” sahilyanı təmizlik aksiyası Xəzər dənizinin Xaçmaz sahilində keçirilib.
 
Azmedinfo.az xəbər verir ki, aksiya çərçivəsində könüllülərin iştirakı ilə 3 hektar sahil ərazisi tullantılardan təmizlənib. Ümumilikdə 400 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
 
“Xəzəri Qoruyaq!” aksiyası ənənəvi olaraq hər il keçirilir və Xəzər sahillərinin tullantılardan təmizlənməsi ilə yanaşı, ətraf mühitin qorunmasına diqqətin artırılmasını və vətəndaşlar arasında ekoloji məsuliyyətin təşviqini hədəfləyir.
Ən çox oxunanlar