Quduzluq insan və heyvanlar üçün ciddi təhlükə törədən, virus mənşəli və ölümcül nəticələrə səbəb ola bilən yoluxucu xəstəliklərdən biridir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşəbbüsü ilə hər il sentyabrın 28-i Ümumdünya Quduzluqla Mübarizə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi xəstəlik barədə maarifləndirməni artırmaq, quduzluğun qarşısının alınmasının vacibliyinə diqqət çəkməkdir.
Azmedinfo.az ekspertlərin fikirlərinə istinadən yazır ki, quduzluq əsasən yoluxmuş heyvanın dişləməsi və ya cızması, eləcə də tüpürcəyinin zədələnmiş dəri və selikli qişa ilə təması nəticəsində insana keçə bilər. Xüsusilə sahibsiz və peyvənd statusu məlum olmayan it və pişiklərlə təmas zamanı ehtiyatlı olmaq lazımdır. Ev heyvanlarının quduzluğa qarşı vaxtında peyvənd etdirilməsi xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.
Heyvan tərəfindən dişlənmə və ya cızılma baş verdikdə yaranı dərhal bol su və sabunla, mümkün qədər uzun müddət, yaxşı yumaq və gecikmədən tibb müəssisəsinə müraciət etmək lazımdır. Yaranın kiçik olması və ya heyvanın sağlam görünməsi tibbi yardımdan imtina üçün əsas olmamalıdır. Quduzluğa qarşı profilaktik müalicənin başlanması barədə qərarı həkim verməlidir və təyin olunan peyvəndlər vaxtında qəbul edilməlidir.
Quduzluğun klinik əlamətləri meydana çıxdıqdan sonra xəstəliyin müalicəsi son dərəcə çətinləşir və əksər hallarda ölümcül nəticələnir. Buna görə də xəstəlikdə ən mühüm məqam yoluxmanın qarşısını almaq və mümkün təmasdan sonra vaxtında tibbi yardım almaqdır.
Uşaqlara da heyvanlarla təhlükəsiz davranış qaydaları izah edilməli, sahibsiz və tanımadıqları heyvanlara yaxınlaşmamaq, onları sığallamamaq və yemləməmək öyrədilməlidir. Həmçinin heyvanların davranışında qeyri-adi dəyişiklik, səbəbsiz aqressivlik, həddindən artıq tüpürcək ifrazı və ya koordinasiya pozuntusu müşahidə edildikdə onlara yaxınlaşmaq olmaz.
Quduzluqla mübarizədə insan və heyvan sağlamlığının qorunması bir-biri ilə sıx bağlıdır. Ev heyvanlarının mütəmadi baytarlıq nəzarətində saxlanılması, peyvəndlərinin vaxtında aparılması və riskli təmas zamanı tibbi yardıma gecikmədən müraciət edilməsi xəstəliyin qarşısının alınmasının əsas şərtlərindəndir.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261162
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026732
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026724
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026626
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026620
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026604
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026570
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026546
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026434
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026432
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026412
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314