Türk həkimlərin beyin cərrahiyyəsində tətbiq etdiyi yeni cərrahi texnika sayəsində əməliyyatdan sonra meydana gələ biləcək beyin-onurğa beyni mayesinin (Beyin mayesinin) sızmasının böyük ölçüdə qarşısı alındığı bildirilib.
Azmedinfo.az Ankara Universiteti (AU) Tibb Fakültəsi Beyin və Sinir Cərrahiyyəsi şöbəsindən verilən məlumata istinadən yazır ki, aparılan açıq beyin əməliyyatlarından sonra mümkün CSF sızmasına son verən cərrahi üsul Amerika Neyrocərrahiyyə Cərrahları Birliyinin "Neurosurgical Focus" jurnalının fevral sayının üz qabığında yer alıb. Jurnalda dərc olunan araşdırmanın müıllifi Dos. Dr. Onur Özgüraldır.
Bildirilib ki, açıq beyin əməliyyatlarında baş verə biləcək CSF sızması probleminin bütün dünyada neyrocərrahiyyədə ümumi və əhəmiyyətli bir problemdir: "Beyin qişasının tikişi zamanı istifadə etdiyimiz ənənəvi bir texnika var. Bu texnikaya baxmayaraq bəzi xəstələrdə onurğa-beyin mayesinin sızmasını təsbit edirdik".
Xüsusən də beynin arxa hissəsində edilən açıq əməliyyatlar zamanı maye sızması olan xəstələrin olduğunu və bu problemi aradan qaldırmaq üçün klinik olaraq fərqli bir texnika inkişaf etdirildiyi və bəzi xəstələrə tətbiq edildiyi qeyd olunur:
"Bu texnikanın tətbiqindən sonra xəstələrdə heç bir sızma olmadığını aşkar etdik. Beləliklə araşdırmanın texnikasını təqdim etmək üçün dünya ictimaiyyətinə bir məqalə təqdim olundu".
Hər bir neyrocərrahın tətbiq edə biləcəyi üsul
Qatlama texnikası dediyimiz cərrahi üsul beynin xarici qişasını təmir etmək üçün işlənmiş tikiş texnikasından ibarət cərrahi üsuldur. Biz bunu heç bir əlavə xərc tələb etmədən dünyanın hər yerində əlavə texnologiyadan istifadə edə biləcəyimiz bir üsul olaraq inkişaf etdirdik.
Serebrospinal mayenin sızması meningitə səbəb ola bilər
Açıq beyin əməliyyatlarından sonra yarana biləcək maye sızması problemini bəzi üsullarla aradan qaldırılır:
"İlk növbədə, kəsik yerində edilən bəzi manipulyasiyalarla bu problemi aradan qaldırmağa çalışırıq. Bəzi xəstələri dərman müalicəsi ilə xəstəxanaya yerləşdirməklə və ya lazım gələrsə, drenaj sistemlərinin köməyi ilə sızıntını azaltmağa və bitirməyə çalışırıq. Bunun əhəmiyyəti odur ki, maye sızması davam edərsə və lazımi şəkildə idarə olunmazsa, bu, həm meningit, həm də xəstənin beyin qişası kimi ciddi fəsadlara səbəb ola bilər.
Əlillik və ölüm riski ilə nəticələnə biləcək bu problemin qarşısını almaq və lazım gəldikdə həll etmək üçün yeni texniki üsulun əhəmiyyətli bir inkişaf olduğuna inanırıq.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654