Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
13 Oktyabr 2026, Çərşənbə axşamı, 12:03
Əlaqə vasitələri
Bizimlə əlaqə
Qlioblastoma beynin ən aqressiv şişlərindən biridir
12 Oktyabr 2026
88
Qlioblastoma beynin ən aqressiv şişlərindən biridir

Glioblastoma mərkəzi sinir sistemində, xüsusilə beyində yaranan, sürətlə böyüyən və yüksək bədxassəliliyi ilə seçilən şiş növüdür.

 

Azmedinfo.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına görə, glioblastomanın əsas əlamətlərinə getdikcə güclənən baş ağrıları, ürəkbulanma, qusma və epileptik tutmalar daxildir. Xəstəlik zamanı danışıq, görmə və eşitmə pozğunluqları, tarazlıq və koordinasiya çətinlikləri, əzələlərdə zəiflik, keyimə və ya iflic, eləcə də yaddaş, davranış və şəxsiyyət dəyişiklikləri müşahidə oluna bilər.

Glioblastomanın diaqnostikasında maqnit-rezonans tomoqrafiya (MRT) və kompüter tomoqrafiyasından (KT) istifadə olunur. Müalicə üsullarına isə şişin xüsusiyyətlərindən və xəstənin vəziyyətindən asılı olaraq cərrahi əməliyyat, radioterapiya (şüa müalicəsi) və kimyaterapiya daxildir.

Ən çox oxunanlar