Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
14 Oktyabr 2026, Çərşənbə, 14:03
Əlaqə vasitələri
Bizimlə əlaqə
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?
14 Oktyabr 2026
52
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?

Körpənin dünyaya gəlməsi valideynlər üçün həm sevinc, həm də bir çox sualların yarandığı yeni bir mərhələdir. Müayinə zamanı “anadangəlmə anomaliya” ifadəsini eşitmək isə narahatlıq doğura bilər. Bəs bu termin nə deməkdir?

Azmedinfo.az Respublika Kliniki Uroloji Xəstəxanasının məlumatına əsasən yazır ki, anadangəlmə uroloji anomaliyalar böyrəklərin və sidik yollarının ana bətnində inkişafı zamanı yaranan quruluş dəyişiklikləridir. Böyrəyin qeyri-adi yerləşməsi, sidiyin axmasına mane olan daralmalar və sidiyin sidik kisəsindən böyrəyə geri qayıtması bu hallara nümunədir.

Bəzi anomaliyalar heç bir əlamət vermədən aşkarlana bilər. Belə dəyişikliklər hamiləlik dövründə və ya doğuşdan sonra aparılan ultrasəs müayinəsi (USM) zamanı müəyyən edilə bilər.

Təkrarlanan sidik yolu infeksiyaları diqqətlə araşdırılmalıdır. Bəzən bu infeksiyaların səbəbi sidik yollarının quruluşundakı dəyişikliklər ola bilər.

Hər anadangəlmə anomaliya cərrahi müdaxilə tələb etmir. Müalicə yanaşması problemin növündən və ağırlıq dərəcəsindən asılıdır. Bəzi hallarda müntəzəm tibbi nəzarət kifayət edir, digər hallarda isə dərman müalicəsi və ya cərrahi müdaxilə lazım ola bilər.

Valideynlər üçün ən vacib addım müayinə nəticələrini düzgün anlamaq və həkimin tövsiyə etdiyi nəzarəti davam etdirməkdir. Ultrasəs müayinəsi zamanı hər hansı dəyişiklik aşkarlanıbsa, nəticəni uşaq uroloqu ilə müzakirə etmək vacibdir.

Ən çox oxunanlar