İkinci şans: Ümidin və əzmin toxunduğu əllər
05 Mart 2025
564
2002-ci ildə, 55 yaşında olarkən, Riçard Manjino böyrək daşı problemi ilə qarşılaşdı. Lakin bu xəstəlik daha ciddi bir fəsadla nəticələndi: o, qan infeksiyası olan sepsislə xəstələndi.
Azmedinfo.az bununla bağlı məlumata istinadən yazır ki, həkimlər musiqiçi üçün ağır, lakin qaçılmaz bir qərar verdilər: dördqat amputasiya.
Amputasiyadan sonra o, tez bir zamanda protez ayaq və qollarla yaşamağa uyğunlaşdı. Əvvəlcə eynəyini taxmağı, sonra avtomobil sürməyi, hətta rəsm çəkməyi öyrəndi.
Amma illər keçdikcə daha çox şeyə nail olmağı arzulayırdı. Ən böyük arzusu isə iki nəvəsinin əlindən tutmaq idi.
2011- ci ildə o, qolların transplantasiya edilə biləcəyi haqqında eşitdi və bu onda böyük ümid oyatdı. Həkimlərlə görüş zamanı Manjinoya bildirildi ki, bu eksperimental əməliyyat üçün artıq çox yaşlıdır. Lakin onun əzmkarlığı xəstəxana rəhbərliyinin qərarını dəyişdi – o, yeni əllərə sahib olacaqdı.
"Həyat yoldaşım və mən ağladıq – hamı ağlayırdı," Manjino müsahibəsində belə xatırlayır. "Biz bilirdik ki, bu, bizim şansımızdır."
Meyit donordan alınan iki qolun transplantasiyası 12 saat çəkdi. Dörd cərrah komandası eyni vaxtda işləyirdi. Əməliyyatda ümumilikdə 40 nəfər iştirak edirdi, onlardan 14-ü cərrah idi.
Əməliyyat komandası, qan axınının Manjinonun yeni əlinə çatdığını gördükləri anı "tarixi məqam" adlandırıb. Bu, onun orqanizminin transplantasiyanı dərhal qəbul etdiyini göstərirdi.
Əməliyyatdan sonra Manjino yenidən pianoda ifa etməyə başladı və çoxdan arzuladığı bir şeyi etdi – nəvələrinin əlindən tutdu.
Bir gün gitarada da ifa edə biləcəyinə ümid edən Manjino barmaqlarındakı hissiyyatın getdikcə artdığını söyləyib. "Amma hələlik mən pianonun verdiyi xoşbəxtlikdən tam razıyam," deyə əlavə edib.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654