"Psixi Sağlamlıq Forumu" - Rəqəmsal inteqrasiya və peşəkar xidmətin inkişafı
05 Mart 2025
522
TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı ilə əməkdaşlıq çərçivəsində Yeni Klinikada “Psixi Sağlamlıq Forumu” keçirilib. Forumun əsas məqsədi psixoloqların elektron qeydiyyat sisteminin təşkilinə dair məlumatların təqdim edilməsi olub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı İlham Məmmədov, İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə, TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva və digər şəxslər iştirak ediblər.
Yeniliklər haqqında məlumat verən İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova bildirib ki, proqram çərçivəsində bu sahədə fəaliyyət göstərən hər bir mütəxəssis üçün elektron kabinet açılacaq və bu siyahıya TƏBİB tərəfindən nəzarət olunacaq. O əlavə edib ki, hazırda İDDO Psixi Sağlamlıq Proqramının "E-TƏBİB" elektron bazasına inteqrasiya olunması üçün işlər davam edir.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli isə qeyd edib ki, psixoloqların elektron bazasının formalaşması sistemi peşəkar mütəxəssislərin cəmiyyətə inteqrasiyasına və vətəndaşlara düzgün psixoloji xidmətin göstərilməsinə zəmin yaradacaq.
Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə çıxışında psixoloji sağlamlıq sahəsinin təcrübədə müxtəlif problemlərlə müşayiət olunduğunu və bu istiqamətdə dəstəyə ehtiyac duyulduğunu bildirib. O, bu sahədə çalışan mütəxəssislərin qeydiyyatının aparılmasının, mövcud qanunvericilik çərçivəsində bu mövzunun müzakirəsinin həm mütəxəssislər, həm də xidmətə ehtiyacı olan şəxslər üçün vacib olduğunu vurğulayıb.
TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva psixi sağlamlıq sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O, hazırda TƏBİB-in müəssisələrində yaşlı şəxslərin və uşaqların psixi sağlamlığının təşkilinə xüsusi diqqət yetirildiyini, 100-dən çox tibb müəssisəsində psixoloqların fəaliyyət göstərdiyini bildirib. Nərgiz Hacıyeva, həmçinin qısa müddətdə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində məktəblərdə abituriyentlər üçün psixoloji yardımın təşkil olunacağını qeyd edib.
Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev psixoloji yardımın cəmiyyət üçün vacib olduğunu və bu sahədə ümumi bazanın formalaşdırılmasının əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə və Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək forumun əhəmiyyətindən danışıblar.
Forum çərçivəsində psixi sağlamlıq sahəsində aktual məsələlər müzakirə edilib və bu sahədə həyata keçiriləcək yeniliklər barədə geniş məlumat verilib.
Qeyd edək ki, tədbirdə TƏBİB tabeli tibb müəssisələrindən 30-a yaxın psixoloq, psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və professor heyəti, 2 saylı Psixiatriya Xəstəxanası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri, həmçinin psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654