Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V yubiley görüşü keçirilir.
Azmedinfo.az xəbər verir ki, Qazaxıstan bürosunun məlumatına görə, tədbirdə Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Qırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov, həmçinin TDT-nin baş katibi Kubanıçbek Ömuraliyev iştirak edirlər.
Müzakirə gündəliyində TDT ölkələrində səhiyyə sisteminin inkişafı, tibb və əczaçılıq sənayesi sahəsində tərəfdaşlığın inkişaf imkanları, beynəlxalq təşkilatların TDT səhiyyəsində rolu, 2025-2026-cı illər üçün Tədbirlər Planının təsdiqlənməsi məsələləri var. Bu Plana əsasən xüsusilə səhiyyə sahəsində texnologiyaların işlənməsi və transferi, kadr potensialının gücləndirilməsi və s. məsələlərdə əməkdaşlıq istiqamətləri müəyyən ediləcək.
Tədbir çərçivəsində səhiyyə sahəsində aktual məsələlər müzakirə olunacaq, tibb ekspertləri, alimlər, təhsil və elmi təşkilatların nümayəndələri arasında təcrübə və bilik mübadiləsi baş tutacaq. Görüşün yekununda Birgə Bəyannamənin imzalanması planlaşdırılır. Həmin sənədə görə, onu imzalayanlar rəqəmsal səhiyyənin həyati əhəmiyyətli rolunu tanıyır, TDT-yə üzv dövlətlərdə və müşahidəçi ölkələrdə elektron resept də daxil olmaqla rəqəmsal tibbi həllərin istifadəsi üçün bilik və təcrübə mübadiləsi barədə razılaşırlar.
Sənəddə TDT üzv və müşahidəçi ölkələrinin vahid tibbi elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsilin vahid standartlarının müəyyənləşdirilməsi, fasiləsiz tibbi təhsilin təmin edilməsi, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi və s. təklif olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654