Hər il qlobal cəmiyyət mart ayının ikinci cümə axşamı gününü Ümumdünya Böyrək Günü kimi qeyd edir.
Azmedinfo.az xəbər verir ki, Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səyləri nəticəsində təsis edilən Ümumdünya Böyrək Günü özündə böyrəyin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasını ehtiva edir.
Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də beynəlxalq nefroloji təşkilatların məlumatlarında bu gün böyrək xəstəliyi olan insanların sayı dünya əhalisinin təxminən 10%-ni təşkil etdiyi əks olunur. Və bu rəqəm, təəssüf ki, çox sürətlə artır.
Xroniki böyrək xəstəliyi bütün dünyada epidemiyaya çevrilmiş böyük ictimai sağlamlıq problemidir. O, erkən aşkar edilərsə, qarşısını almaq mümkündür. Xəstəlik haqqında məlumatlılığın olmaması onu erkən mərhələdə aşkarlamağa imkan vermir. İnsanlar öz xəstəliklərindən xəbərsiz olduqları üçün böyrək çatışmazlığı inkişaf edir və onların həyat keyfiyyəti pisləşir.
Dünyanın müxtəlif yerlərində aparılan araşdırmalar göstərib ki, xəstəlik haqqında məlumatlılıq 10 faizdən aşağıdır. Bu səbəbdən xəstəlik son mərhələdə böyrək çatışmazlığı mərhələsinə keçir, həmçinin əlilliyə və ölüm nisbətlərinin artmasına səbəb olur.
Mütəxəssislər böyrəklərin sağlamlığına mənfi təsir göstərən amillər kimi bunları göstərirlər: siqaret, alkoqol və narkotik istifadəsi; uzunmüddətli, xüsusilə nəzarətsiz, müəyyən dərmanların istifadəsi; içməli sudan az istifadə olunması, tez-tez onu şirələr, qazlı və tonik içkilərlə əvəz etmək; oturaq həyat tərzi; həddindən artıq duz istehlakı və qeyri-sağlam pəhrizlər də daxil olmaqla pis qidalanma; xroniki qeyri-infeksion və yoluxucu xəstəliklər və s.
Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarlanmasına və müalicə üsullarına yönəltməkdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654