Donorluq hekayəsi: Aleksandra Qmurçikin insanlıq dərsi
09 Aprel 2025
518
ABŞ-da 90 mindən çox insan donor böyrək gözləyir. Bu statistika hər il yüzlərlə insanın həyatını risk altına salır. Çikaqoda fəaliyyət göstərən nefroloq Aleksandra Qmurçik isə iki il əvvəl qeyri-adi bir addım ataraq tanımadığı qadına – Cincerə böyrəyini bağışlayıb və onun həyatını xilas edib.
Azmedinfo.az həkim Aleksandra Qmurçikin donorluq hekayəsini təqdim edir:
Bu hadisə təkcə bir insanın həyatını xilas etməklə kifayətlənməyib, həm də "çarpaz donorluq" adlı xüsusi bir prosesin başlanmasına səbəb olub. Belə ki, Cincerin həyat yoldaşı Geri tibbi səbəblərə görə ona donor ola bilmirdi. Lakin o, başqa bir xəstəyə böyrəyini bağışlamağa qərar verib. Gerinin bu addımının şahidi olan həkim Qmurçik də Cincerə donor olmaq istədiyini bildirib.
Humanist və maarifləndirici məqsədlə donor olan Aleksandra Qmurçik bu yolla transplantasiyaya şübhə ilə yanaşan insanlara şəxsi nümunə göstərmək istəyib: “Mən deyə bilərəm ki, özüm böyrəyimi bağışlamışam və tibbi sistemə bu qədər güvənirəm”.
Aleksandra Qmurçik həkim kimi tez-tez böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərlə qarşılaşır. Bu pasiyentlər həftədə üç dəfə, hər biri təxminən dörd saat davam edən dializ proseduruna məcbur qalırlar. Həkimin sözlərinə görə, bu proses fiziki və psixoloji cəhətdən xəstələri olduqca yorur, onların çoxu sosial dəstəkdən məhrum olur və özlərini təcrid olunmuş hiss edirlər. Məhz bu səbəbdən Qmurçik şəxsi nümunə göstərərək donorluğun əhəmiyyətinə diqqət çəkmək istəyib.
Əməliyyatdan sonra Aleksandra Qmurçik cəmi bir gecə xəstəxanada qalıb. İki həftəlik məzuniyyətdən sonra isə işinə qayıdıb. O qeyd edir ki, artıq onun bir pasiyenti də transplantasiyaya daha müsbət yanaşmağa başlayıb və bu prosesi dəyərləndirməyə qərar verib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654