Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
21 Aprel 2026, Çərşənbə axşamı, 15:39
Əlaqə vasitələri
Bizimlə əlaqə
 Yeni Klinika ilkə imza atdı -  Canlıdan-canlıya qaraciyər transplantasiyasına başlanıldı
06 May 2025
508
TƏBİB-in tabeliyindəki Yeni Klinikada canlıdan-canlıya qaraciyər transplantasiyasının icrasına başlanılıb.
 
Azmedinfo.az xəbər verir ki, əməliyyat zamanı 26 yaşlı qadına 30 yaşlı qardaşından qaraciyər köçürülüb. Əməliyyat icbari tibbi sığorta hesabına həyata keçirilib. Bu, Dövlət tibb müəssisələrində ilk canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatıdır.
 
Məlumat üçün bildirək ki, iki ay əvvəl Yeni Klinikada canlıdan-canlıya böyrək transplantasiyası da icra olunub. Hazırda tibb müəssisəsində hər iki əməliyyatın icrası üçün bütün imkanlar mövcuddur.
 
TƏBİB
Ən çox oxunanlar