Yaz fəslində allergik hallar kəskinləşir. Xüsusilə bitki tozcuğuna qarşı yaranan tənəffüs allergiyaları, dəridə səpgilər, göz və burun axıntısı daha tez-tez müşahidə olunur. Məişət və qida allergenlərinə, dərman preparatlarına qarşı allergiyalara isə hər fəsildə rast gəlinir. Allergiyaların vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.
Azmedinfo.az xəbər verir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə allergiyaların diaqnostika və müalicəsi üzrə geniş spektrli tibbi xidmətlər qarşılanır. 2024-cü il ərzində allergiyaların diaqnostika və müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 20 065 tibbi xidmət icra olunub.
Xidmətlər Zərfində yer alan bu xidmətlər allergiyaların səbəblərinin dəqiq müəyyən edilməsinə və fərdi müalicə planının hazırlanmasına şərait yaradır. Allergiyanın səbəbini müəyyən etmək üçün qanda allergenə qarşı anticisimlərin təyininə əsaslanan spesifik IgE və IgG testləri aparılır. Allerqoloji panellər antibiotiklərə, qidaya, tənəffüs allergenlərinə qarşı spesifik allergiyaların müəyyən olunmasına xidmət edir.
Bu panellər arasında pediatrik variant da mövcuddur ki, bu da xüsusilə uşaqlarda tez-tez rast gəlinən allergik halların aşkarlanması üçün nəzərdə tutulub. Allergik panellərin məqsədi xəstənin allergiyasının səbəbini dəqiq müəyyən etməklə həkimlərə fərdi və effektiv müalicə planı hazırlamağa imkan verməkdir. Bu müayinələrlə yanaşı, tibbi göstərişə görə digər tələb olunan müayinələr də (qanın ümumi və biokimyəvi analizi, rentgen, ultrasəs müayinəsi və s.) icbari tibbi sığorta hesabına həyata keçirilir.
Sözügedən müayinələr təngnəfəslik, boğulma, hipotoniya (təzyiqin enməsi), ödem, asqırma, burun tutulması, dəri reaksiyaları (qaşınma, səpgi və s.), konyuktivanın hiperemiya və ödemi, eləcə də digər allergik şikayətlərin səbəbini dəqiq müəyyən etməyə imkan verir.
Həmçinin tibbi göstərişə əsasən allergik xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.
Sığortaolunanlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator və instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.
Məlumat üçün qeyd edək ki, allergik reaksiyalar - allergenin dəri ilə birbaşa təması, nəfəsalma zamanı tənəffüs yollarına, qida qəbulu ilə həzm sisteminə düşməsi, həşərat sancmaları və digər səbəblərdən baş verə bilər. Ən çox yayılmış allergenlərə heyvan tükləri, toz, qida, kosmetika, dərmanlar, bitki tozcuqları, nikotin tüstüsü və s. aiddir. Allergik reaksiyalara həzm pozğunluqları, bağırsaqlarda iltihablı proseslər və qurd invaziyaları da səbəb ola bilər. Kiçik uşaqlarda allergiyanın səbəbi ana südü ilə qidalanmadan imtina və süni qidalanmaya keçid ola bilər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026156
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026150
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142