Əmək bazarında xidmət sektoru önə keçir - Səhiyyə, təhsil və ticarət ön sıradadır.
Bu il mayın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 323,3 min nəfər olub, onlardan 5 milyon 39,6 min nəfərini məşğul əhali təşkil edib.
Azmedinfo.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən yazır ki, cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 774,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 894,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 743,4 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3 faizi istirahət, əyləncə və incəsənət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 2 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
2025-ci ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2067 nəfər olub. Onlardan 41,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 8,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,6 faizi mədənçıxarma sənayesində, 5,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 22,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 2025-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 135,8 saat təşkil edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654