Bu gün Azərbaycan səhiyyəsinin və tibbi elminin inkişafında silinməz izlər buraxmış, görkəmli uroloq-alim, pedaqoq, dövlət mükafatları laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Mirməmməd Cavadzadənin anım günüdür.
Azmedinfo.az xəbər verir ki, səhiyyə ictimaiyyəti görkəmli akademik Mirməmməd Cavadzadənin xatirəsini dərin hörmət və ehtiramla anır.
Akademik Mirməmməd Cavadzadə yalnız Azərbaycan deyil, bütövlükdə SSRİ məkanında ilk ən güclü uroloji məktəbin banisi kimi tanınır. Onun təşəbbüsü ilə 1966-cı ildə əsası qoyulmuş və hazırda öz adını daşıyan Respublika Uroloji Xəstəxanası ölkədə urologiya sahəsində ixtisaslaşmış ilk müstəqil tibbi mərkəz olmuşdur. Bu gün də onun müəyyənləşdirdiyi elmi və praktik istiqamətlər həmin klinikada böyük məsuliyyətlə yaşadılır və inkişaf etdirilir.
Akademikin yaratdığı uroloji məktəb Azərbaycan səhiyyəsində elmi-pedaqoji ənənələrin mühüm dayağı olmuş, onun yetirmələri bu gün yalnız Azərbaycanda deyil, regionun müxtəlif ölkələrində uroloji xidmətin aparıcı simaları kimi fəaliyyət göstərməkdədir.
Mərhum alimin əziz xatirəsi bu gün Respublika Uroloji Xəstəxanasının rəhbərliyi və kollektivi tərəfindən Fəxri Xiyabanda ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Onun nurlu adı və zəngin elmi irsi daim minnətdarlıqla xatırlanacaq.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668