Təbii mühitə potensial zərəri ilə seçilən tullantı növləri arasında tibbi tullantılar xüsusi yer tutur. Bu tullantıların təbiətə atılmasının fəsadları ciddi narahatlıq doğurur. Maraqlıdır ki, gündəlik olaraq tibb müəssisələrində yaranan bu tullantıların idarə olunması necə həyata keçirilir? TƏBİB tabeli tibb müəssisələrində tibbi tullantılarla bağlı məsələlər necə tənzimlənir?
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin icrası məqsədilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli Qanununun müvafiq maddələrinin tələbinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı üzərindən (etender.gov.az) satınalma prosesi həyata keçirilir:
"Eyni zamanda satınalmada iştirak edən təchizatçılardan "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq bu Qanunun 1 nömrəli əlavəsinin 1 və 9-cu (Toksiki istehsalat tullantılarının zərəsizləşdirilməsi, utilizasiyası, Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması) bəndlərində göstərilən fəaliyyət növləri üzrə lisenziyaları, habelə tibbi tullantının çeşidlənmə və müvəqqəti saxlama fəaliyyəti ilə məşğul ola bilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş ekspertiza rəyini, təşkilatın fəaliyyətini əks etdirən ekoloji pasportu, Təhlükəli Tullantılar Pasportunu və digər əlaqəli sənədləri surətininin satınalan təşkilata təqdim etmələri tələb olunur”.
"Tibb müəssisələrindən hasil olan tibbi tullantıların toplanması, müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsi xidmətləri isə "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunun və digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir”,- qurumdan əlavə edilib.
Nöqsanlar aşkarlandıqda onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür...
Səhiyyə Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən tibb müəssisələrində tibbi tullantıların idarə olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli, 213 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə uyğun şəkildə həyata keçirilir.
Qeyd edilib ki, bu proses tullantıların kənarlaşdırılması və emalını təmin edən dövlət və ya özəl müəssisələrlə bağlanmış müvafiq müqavilələr əsasında yerinə yetirilir:
"Tibb müəssisələri daxilində tibbi tullantıların toplanması, müvəqqəti saxlanması və kənarlaşdırılması proseslərinə dövlət sanitariya xidmətinin yerli qurumları tərəfindən nəzarət olunur. Nöqsanlar və çatışmazlıqlar aşkarlandıqda onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür.
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın icrası çərçivəsində, respublika ərazisindəki tibb müəssisələrində tibbi tullantıların idarə olunması üzrə pilot layihə həyata keçirilir. Bu layihə çərçivəsində Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Səhiyyənin İnformasiyalaşdırılması” PHŞ və "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssisləri ilə birlikdə "Tibbi tullantılar modulu” üzrə elektron məlumat bazası yaradılıb və bu istiqamətdə işlər davam etdirilir”.
"Bundan əlavə, "Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən, "Tullantılarla işləmək qaydaları və təhlükəli tullantılarla düzgün davranışın təşkili” mövzusunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tibb müəssisələrinin mütəxəssisləri üçün təlimlər təşkil olunur”,- Nazirlikdən vurğulanıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654