Tələbələr orqan donorluğunun mənəvi və tibbi əhəmiyyəti barədə məlumatlandırıldı
19 May 2025
1216
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə növbəti maarifləndirici tədbir Azərbaycan Universitetində baş tutub. Tədbirdə universitetin müxtəlif fakültələrindən olan IV kurs tələbələri iştirak ediblər.
Azmedinfo.az xəbər verir ki, tədbiri universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq, bu kimi təşəbbüslərin gənclərin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova çıxış edərək, ölümdən sonra donor olmağın yalnız tibbi və hüquqi aspektlərini deyil, həm də mənəvi dəyərini ön plana çəkib: “Ölümdən sonra donor olmaq insanlıq adına xidmətdir. Amma bu, hər kəsə nəsib olmur. Bunun üçün beyin ölümü diaqnozunun qoyulması vacibdir". Mərkəz sədrinin sözlərinə görə, əgər şəxsin sağlığında bu barədə rəsmi razılığı yoxdursa, qərar onun yaxınlarının üzərinə düşür: "Bu yükü yaxınlarımızın üzərinə qoymamaq üçün hər birimiz donor olmaq barədə düşünməli və bu addımı sevgi ilə atmalıyıq".
Yeganə Abbasova həmçinin müxtəlif ölkələrin koordinasiya mərkəzlərinin fəaliyyətinə də toxunaraq qeyd edib ki, Türkiyədə Orqan Donorluğu üzrə Koordinasiya Mərkəzi 1979- cu ildə yaradılıb, ancaq meyitdən orqan götürülməsi yalnız 30 ildən sonra baş verib. İspaniyada isə bu sahədə uğura nail olmaq üçün 10 il maarifləndirmə işi aparılıb. Azərbaycanın isə bu yolda cəmi iki il yarıma uğur qazanması səhiyyəmiz üçün əlamətdar hadisədir.
Ardınca Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim- koordinatoru Mehriban Əliyeva çıxış edərək, orqan donorluğunun tibbi şərtləri, donor olmaq üçün əsas meyarlar və transplantasiya olunmuş insanların həyatında baş verən müsbət dəyişikliklər barədə ətraflı məlumat verib.
O, tədbir zamanı nümayiş etdirilən təqdimat slaydlarında yer alan və xüsusi diqqət çəkən fikri iştirakçılarla bölüşüb: “Bir donor olaraq bütün orqanlarınızı bağışlasanız, 8-10 insanın həyatını xilas edə bilərsiniz.”
M.Əliyeva bu fikri tamamlayaraq bildirib: “Bu insanlardan biri bəlkə də bir anadır - onun övladları kimsəsiz qalmayacaq. Biri bir övladdır – valideynləri onun yoxluğunun acısını çəkməyəcək. Biri isə bəlkə də gəncdir- həyatda hələ görəcəyi çox şey var.”
Tədbirin sonunda iştirakçılara səsləndirilən çağırış isə orqan donorluğunun mənəvi dəyərini bir daha xatırladıb: “Əmin olun ki, kiməsə həyat bəxş etmək – ölümündən sonra belə kiminsə ümid işığına çevrilmək – insanlıq adına atılacaq ən böyük addımdır. Hər bağışlanan orqan – bir həyatı, bir ailəni, bir gələcəyi xilas etmək deməkdir. Sizin qərarınız – kiminsə yaşama səbəbi ola bilər. Gəlin həyat bəxş edək!”
Tədbir müzakirə və sual-cavab formatında davam edib. Tələbələr tərəfindən orqan donorluğunun hüquqi, tibbi və etik aspektləri ilə bağlı ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb. Daha sonra orqan donorluğu prosesinə dəstək olmaq istəyən tələbələr Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizələrini imzalayıblar.
Tədbirin sonunda iştirakçılara orqan donorluğunun loqosu əks olunmuş mayka və kepkalar hədiyyə edilib.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654