Tələbələr orqan donorluğunun həyati önəmi barədə maarifləndirildi
21 May 2025
982
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) tərəfindən mütəmadi olaraq müxtəlif təhsil müəssisələrində orqan donorluğuna dair maarifləndirici tədbirlər təşkil olunur. Bu tədbirlər çərçivəsində növbəti görüş Azərbaycan Turizm və Menecment Universitetində keçirilib.
Azmedinfo.az xəbər verir ki, maarifləndirici görüşdə universitetin müxtəlif fakültələrindən olan II və III kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova orqan donorluğunun cəmiyyət üçün əhəmiyyətindən bəhs edərək bildirib ki, orqan donorluğu təmənnasız fədakarlıq, humanist dəyərlərin təcəssümü və insan həyatına verilən ən ali qiymətdir.
Mərkəz sədri bildirib ki, beyin ölümünün bioloji ölüm kimi qəbul olunması 2018-ci ildən etibarən ölkəmizdə qanunvericiliklə təsdiqlənib.
Yeganə Abbasova beyin funksiyalarının dayanması ilə bağlı elmi məlumatları iştirakçıların diqqətinə çatdıraraq əlavə edib: “Beyin ölümü insanın tənəffüs mərkəzi olan uzunsov beynin fəaliyyətinin dayanmasıdır. Tənəffüs sanki insanın ruhudur. Tənəffüs yoxdursa, bu, ölümdür. Bəs necə olur ki, tənəffüs olmadan ürək hələ də işləyir? Çünki həmin şəxs süni tənəffüs aparatına qoşulub və orqanizmi süni şəkildə oksigenlə təmin olunur.”
Yeganə Abbasova çıxışında orqan donorluğu ilə bağlı dünyada mövcud olan iki əsas sistemi də izah edib: “Opt-out sistemində meyit üzərində dövlət mülkiyyət hüququ əldə edir və şəxsin ölümündən sonra orqanları heç bir icazə alınmadan götürülə bilər. Azərbaycan isə opt-in sisteminə daxildir. Əgər şəxs sağlığında donor olmaq barədə razılığını rəsmi şəkildə bəyan edibsə, beyin ölümü diaqnozundan sonra yaxınlarına məlumat verilsə də, əlavə icazə tələb olunmur. Lakin əgər şəxs sağlığında razılıq sənədi imzalamayıbsa, bu halda onun yaxınlarından razılıq alınmalıdır.”
Mərkəz sədri qeyd edib ki, odtkm.gov.az rəsmi internet saytı vasitəsilə donor kimi qeydiyyatdan keçən istənilən şəxs istədiyi zaman qərarından imtina edə bilər. Bu proses tamamilə könüllü əsaslarla həyata keçirilir.
Tədbirdə çıxış edən həkim-koordinator Mehriban Əliyeva Azərbaycanda və digər ölkələrdə transplantasiya sahəsində mövcud təcrübələri müqayisəli şəkildə təqdim edib. O bildirib ki, xarici ölkələrdə əsasən meyit donor irqanlarından istifadə olunduğu halda, Azərbaycanda orqan təminatı əsasən canlı donorlar hesabına həyata keçirilir. Bu fərq isə meyit donorluğu ilə bağlı cəmiyyətin məlumatlılıq səviyyəsinin yetərincə olmadığını və maarifləndirmə işlərinin davam etdirilməsi zərurəti ilə izah olunur.
Mehriban Əliyeva çıxışında real həyat hekayələrinə toxunaraq orqanlarını bağışlayan insanların fədakarlığını xüsusi vurğulayıb: “Hər gün minlərlə insan donor orqanı gözləyir. Sevindirici haldır ki, donorluqla maraqlanan və müraciət edən şəxslərin əksəriyyəti gənclərdir.”
O əlavə edib: “Ölüm həyatın qaçılmaz sonudur. Amma əgər bir insanın həyatını xilas etmək mümkündürsə, bu fürsətdən istifadə olunmalıdır. Hər kəs orqan donoruna çevrilə bilər. Gəlin, bu mövqe ilə bağlı münasibətimizi bildirək.”
Görüş zamanı həmçinin vahid informasiya sisteminin fəaliyyət prinsipi izah edilib. Bildirilib ki, bu sistem vasitəsilə orqan gözləyən şəxslərin elektron siyahısı idarə olunur və uyğun donor tapıldıqda, sistem orqanın uyğun şəxslə uyğunlaşdırılaraq özü resipiyentləri təyin edir. Burada insan faktoru rol oynamır.
Maarifləndirici tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr orqan donorluğu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Tədbirin sonunda orqan donorluğuna dəstək olmaq istəyən tələbələr donor olmaq haqqında razılıq ərizələrini imzalayıblar.
Sonda iştirakçılara orqan donorluğu loqosu əks olunmuş mayka və kepkalar təqdim olunub.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654