Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 20:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
İnfeksionist xəbərdarlıq edir: Zoonoz xəstəliklərə qarşı diqqətli olun!
21 May 2025
502
İnfeksionist xəbərdarlıq edir: Zoonoz xəstəliklərə qarşı diqqətli olun!

Həkim-infeksionist İbrahim Rufullayev ATV kanalına verdiyi müsahibədə zoonoz xəstəliklər — yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar barədə ətraflı məlumat verib.

 

Azmedinfo.az xəbər verir ki, o, xüsusilə yay aylarında bu xəstəliklərin aktivləşdiyini və insanların ev heyvanları, vəhşi heyvanlar və ya hətta bəzi qida məhsulları vasitəsilə bu infeksiyalara yoluxa biləcəyini vurğulayıb.

 

Müsahibə zamanı Rufullayev müxtəlif zoonoz xəstəliklərin (brusellyoz, leptospiroz, toksoplazmoz və s.) simptomlarından, diaqnostika metodlarından və profilaktik tədbirlərindən bəhs edib.

 

Həkim qeyd edib ki, erkən diaqnoz və düzgün müalicə bu xəstəliklərin ağır fəsadlarının qarşısını ala bilər. O, həmçinin vətəndaşlara heyvanlarla təmasda olarkən gigiyenik qaydalara ciddi əməl etməyi, baytarlıq nəzarətindən keçməyən məhsullardan uzaq durmağı tövsiyə edib.

 

Ətraflı videoda




Ən çox oxunanlar