Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə həyata keçirilən sosial məsuliyyət layihəsi çərçivəsində, institutun kollektivi Azərbaycan Uşaqlar İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin balaca sakinləri ilə mənalı bir görüş keçirib.
Azmedinfo.az xəbər verir ki, insanlara yalnız sağlamlıq deyil, qayğı və ümid bəxş etməyi özünə missiya seçmiş institut kollektivi, bu həssas və qayğıya ehtiyacı olan uşaqlarla görüş zamanı onların gündəlik həyatı, təhsili, psixososial ehtiyacları və gələcək arzuları ilə maraqlanıb. Qəlbləri isidən söhbətlər, səmimi gülüşlər və birgə oyunlar tədbirin ən yaddaqalan anları olub.
Qurum nümayəndələri bildiriblər ki, uşaqların yalnız fiziki deyil, emosional və sosial rifahı da onların diqqət mərkəzindədir. Kollektiv mütəmadi olaraq bu mərkəzin balaca sakinlərinin təhsili, asudə vaxtlarının səmərəli təşkili və müxtəlif sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır.
“Bu uşaqlar bizim üçün yalnız cəmiyyətin himayəyə ehtiyacı olan üzvləri deyil, ailəmizin bir parçasıdır. Onlarla keçirdiyimiz hər görüş bizə insan olmağın əsl mənasını bir daha xatırladır,” – deyə institut əməkdaşları vurğulayıblar.
Tədbirin sonunda uşaqlara balaca hədiyyələr təqdim olunub, qarşılıqlı sevgi və ehtiram hissi isə bu görüşün ən qiymətli anısı kimi yadda qalıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654