Səssiz təhlükə - Qaraciyər yağlanması gənclər arasında artır
22 May 2025
700
Qaraciyər yağlanması (steatoz) son illərdə dünya miqyasında sürətlə yayılan sağlamlıq problemlərindən birinə çevrilib. Bu xəstəlik ilkin mərhələdə hər hansı ciddi simptomlarla özünü büruzə vermədiyi üçün “səssiz təhlükə” adlandırılır. Qaraciyər hüceyrələrində artıq yağ yığılması nəticəsində inkişaf edən steatoz vaxtında aşkarlanmadıqda daha ciddi fəsadlara, o cümlədən qaraciyər fibrozuna, sirrozuna və hətta qaraciyər xərçənginə səbəb ola bilər.
Azmedinfo.az xəbər verir ki, Yeni Klinikanın həkim-terapevti Xəyalə Kərimovanın sözlərinə görə, qaraciyər yağlanması son illərdə gənclər arasında da artan ciddi sağlamlıq problemidir: “Qaraciyər yağlanmasının əsas səbəbləri arasında qeyri-sağlam qidalanma, azhərəkətli həyat tərzi, artıq çəki, şəkərli diabet və alkoqol istifadəsi dayanır. Xüsusilə yağlı və işlənmiş qidalara üstünlük verən, fast-food və qazlı içkilərlə qidalanan şəxslərdə bu xəstəliyin yaranma riski daha yüksəkdir. Bu cür qidalar mədə-bağırsaq traktında çətin həzm olunur və nəticədə yağ mübadiləsinin pozulmasına gətirib çıxarır. Yağ mübadiləsi pozulduqda artıq çəki artımı başlayır və qaraciyər piyləri depolamağa başlayır. Normalda qaraciyərdə əmələ gələn öd turşuları yağların həzmi və mübadiləsi üçün lazımi miqdarda ifraz olunmalıdır.
Kliniki Tibbi Mərkəzin qastroenteroloqu Afər Osmanlı isə bildirir ki, xəstəliyin erkən mərhələdə aşkar edilməsi və düzgün idarə olunması ciddi ağırlaşmaların qarşısını ala bilər. Lakin qaraciyər yağlanması ilkin dövrlərdə simptomlar vermədiyi üçün xəstələr bunu çox zaman təsadüfən, ultrasəs müayinəsi və ya qan analizləri zamanı öyrənirlər. Xəstəlik irəlilədikcə isə sağ qabırğaaltı nahiyədə ağırlıq hissi, həzmsizlik, halsızlıq və ümumi zəiflik kimi əlamətlər ortaya çıxa bilər.
Mütəxəssislər steatozun qarşısını almaq üçün ilk növbədə qidalanma vərdişlərinin dəyişdirilməsini tövsiyə edirlər. Duzlu, yağlı və yüksək şəkər tərkibli qidalar azaldılmalı, daha çox tərəvəz, meyvə, tam taxıllar, protein və sağlam yağ mənbələri rasiona daxil edilməlidir. Fiziki aktivlik də qaraciyər yağlanmasının qarşısını almaqda mühüm rol oynayır. Gündə ən azı 30-40 dəqiqə fiziki hərəkət etmək, xüsusilə gəzinti, qaçış və üzgüçülüklə məşğul olmaq qaraciyərdə yağ yığılmasının azalmasına kömək edir. Həkimlər qaraciyər sağlamlığını qorumaq üçün siqaret və alkoqoldan uzaq durmağı, gündəlik su balansına diqqət yetirməyi və mütəmadi olaraq tibbi müayinədən keçməyi tövsiyə edirlər. Qaraciyər yağlanması aşkar edildikdə, dərhal mütəxəssisə müraciət etmək və fərdi müalicə planına uyğun olaraq həyat tərzini dəyişdirmək vacibdir. Steatozun fəsadlarının qarşısını almağın ən effektiv yolu profilaktik tədbirlərə əməl etmək və sağlam həyat tərzinə üstünlük verməkdir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654