ABŞ-ın Merilend Universitetində Tibb Mərkəzində (UMMC) həyata keçirilən əsaslı əməliyyat 19 yaşlı Karla Floresin həyatını xilas edib. Onurğa beynini əhatə edən ölümcül şişlərin göz yuvasından girilərək çıxarıldığı bu əməliyyat tibb dünyasında bir ilk olaraq qeydə alınıb.
Azmedinfo.az "Medical Xpress"ə istinadən yazır ki, xəstəyə onurğasında inkişaf edən sümük şişi olan xordoma diaqnozu qoyulur. Bu tip şiş ABŞ-da ildə təxminən 300 nəfərdə görülür. Flores 18 yaşında ikiqat görmə yaşamağa başlayıb və aylarla aparılan müayinə və testlərdən sonra bu nadir diaqnozla üzləşib. Şiş onun kəllə dibindən boyun fəqərələrinə yayılıb və beyin sapına sarılıb.
UMMC neyrocərrahı Dr. Mohamed Labibin rəhbərlik etdiyi qrup bu çətin işi “transorbital” cərrahi yanaşma ilə həll edib. Bu üsulla cərrahlar göz yuvasının altından daxil olaraq onurğa beyninə birbaşa dəhliz yaradıblar.
M.Labibi üz plastikası və rekonstruktiv cərrahı Dr. Kalpesh T. Vaxaria müşayiət edib. Vaxaria xəstənin göz yuvasının altını və yanaq sümüyünün bir hissəsini çıxararaq görünməz cərrahi giriş yaradıb. Xarici çapıq izi qoymadan əməliyyatdan sonra o, titan lövhə ilə göz yuvasının dibini və xəstənin ombasından götürülmüş sümüklə yanağını bərpa edib.
Əməliyyatın riskləri olduqca yüksək idi. Şiş beyin sapına, onurğa beyninə və əsas qan damarlarına yaxın yerləşib. Kiçik bir səhv iflic və ya ölümə səbəb ola bilərdi. Amma əməliyyat olmasaydı, bu şiş böyüməyə davam edərək sinir sistemini sıxaraq və qaçınılmaz sonla nəticələnərdi.
M.Labib əməliyyatdan əvvəl eyni əməliyyatı meyit üzərində dəfələrlə edərək təcrübə topladı.
“Bu nailiyyət bədənlərini elm adına bağışlayan insanlar olmadan mümkün olmazdı”, - deyə həkim bildirib.
Xəstənin müalicəsi təkcə onun onurğasındakı şişlə məhdudlaşmırdı. Onun beyin sapına basan ikinci şiş də iki ayrı əməliyyatda kəllə və burun boşluğundan çıxarılıb. Baş və boyun cərrahı Dr. Andrea Hebert də daxil olmaqla multidisiplinar komanda bu şişlərin təkrarlanma ehtimalına qarşı radiasiya terapiyası da tətbiq edib.
"Bu şişlərin təkrarlanma ehtimalı çox yüksəkdir. Buna görə də biz beyin cərrahiyyəsi, üzün rekonstruksiyası və radioterapiyadan ibarət çoxşaxəli müalicə modelini tətbiq edirik", - deyə doktor Hebert bildirib.
Tibb dünyası üçün yeni bir fəsil
UMMC komandası bu əməliyyatı gələn ilin payızında Skull Base cərrahiyyə kursunda beynəlxalq həmkarlarına təqdim etməyi planlaşdırır. "Bu cür geniş cərrahi dəhlizləri yarada bildiyiniz zaman, siz şişi tamamilə çıxara və təkrarlanma şansını əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Bu, müalicə paradiqmasını dəyişə bilər", - Doktor Labib bildirib.
Yaxın gələcəkdə eyni prosedura ehtiyacı olan digər xəstələr üzərində də çalışacaqlarını bildirən qrup, bu sahədəki inkişafı yaxından izləməyə davam edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654