Bu ilin may ayında ABŞ-ın Merilend ştatında ən azyaşlı pasiyentlərdən birinə donor orqan köçürülüb. Donorunu gözləyən Lüsinin anası Çelsi hamiləlik dövründə ciddi bir problem yaşamamışdı. Lakin sonuncu müayinədə həkimlər körpənin amniotik mayesinin azaldığını və böyrəklərinin böyüdüyünü müəyyən etdilər. Vaxt itirmək olmazdı – həkimlər Çelsinin dərhal doğuma alınmasına qərar verdilər. Lüsi vaxtından əvvəl dünyaya gəldi və doğulan andan vəziyyəti ağır idi.
Azmedinfo.az kiçik Lüsinin böyük mübarizəsi haqqında hekayəni təqdim edir:
Həkimlər valideynlərə bildirdilər ki, Lüsinin böyrəkləri kistik quruluşludur və ona əvvəlcə dializ, daha sonra isə böyrək transplantasiyası lazım olacaq. Körpəyə peritoneal dializ üçün kateter, mərkəzi venoz xətt və qidalanmanı təmin etmək üçün mədə borusu yerləşdirildi. Transplantasiya üçün Lüsinin çəkisi azı 9 kiloqram olmalı idi, lakin o, yalnız 7,2 kiloqrama qədər arta bildi.
Bir yaşına yaxın Lüsü göbələk infeksiyasına yoluxdu və bu səbəbdən peritoneal dializ dayandırıldı. Bundan sonra o, gündəlik hemodializə keçdi. Ancaq çəkisinin artmaması valideynlərini ciddi narahat edirdi. Onlar cərrahla görüşdülər və həkim Lüsiyə böyrək köçürülməsinin artıq mümkün olduğunu bildirdi.
Atasının böyrəyi uyğun gəldi və hazırlıqlara başlanıldı. Lakin əməliyyata bir neçə gün qalmış ailəyə xəbər verildi ki, vəfat etmiş bir şəxsdən donor böyrəyi tapılıb.
Əməliyyat uğurla keçdi. Lakin sağalma mərhələsində Lüsi qıcolma keçirdi və bir müddət süni tənəffüs aparatına qoşuldu. Yeni böyrəyin tam fəaliyyətə başlaması üçün iki həftədən çox vaxt lazım gəldi. Nəhayət, böyrək funksiyalarını bərpa etdi və Lüsi evə buraxıldı.
“Bizim üçün bu, bir möcüzə idi,” – deyə atası Con bildirir.
Lüsinin həyata qayıtması yalnız bir ailənin deyil, bütöv bir cəmiyyətin mərhəmət və dəstəyinin nəticəsidir. Orqan donorluğu haqqında düşünmək, bəzən bir körpənin sabahını xilas etmək deməkdir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654