ABŞ, Böyük Britaniya, Fransa, Kanada və Avstraliyada yüzlərlə xəstənin iştirak etdiyi qabaqcıl bir araşdırma göstərir ki, müalicədən sonra müntəzəm məşq xərçəngin geri qayıtmasının qarşısını almaqda dərmanlardan daha təsirli ola bilər.
Azmedinfo.az Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) Çikaqoda keçirilən toplantısında təqdim edilən və "New England Journal of Medicine" jurnalında dərc edilən məqaləyə istinadən yazır ki, məşq ölüm riskini 37 faiz, yeni və ya təkrarlanan şiş riskini isə 28 faiz azaldır.
Bütün dünyada sağlamlıq siyasətlərini dəyişə bilər
Kolon xərçəngi (yoğun bağırsaq) xəstələrinin 14 illik araşdırmasına görə, müalicədən sonra fərdi idman proqramına qatılan xəstələrdə sağ qalma nisbətləri əhəmiyyətli dərəcədə artmışdır.
Proqramın bir hissəsi olaraq, xəstələr həftədə üç-dörd dəfə 45-60 dəqiqə gəzmək və ya oxşar fiziki fəaliyyətlərlə məşğul olmaq üçün şəxsi məşqçi və ya sağlamlıq məşqçisi tərəfindən idarə olunurdu.
ASCO-nun Tibb Direktoru Dr. Culie Qralou, tədqiqatı qiymətləndirərkən, "Bu nəticələr göstərir ki, bir çox dərmana daha təsirli və yan təsirsiz bir alternativ təklif edir. Məşq sözün əsl mənasında "dərmanlardan daha yaxşıdır".
Xəstələrin həyat müddəti və həyat keyfiyyəti artır
Tədqiqatda 889 kolon xərçəngi xəstəsi iki qrupa bölünüb: Bir qrup yalnız sağlam həyat məlumatı olan bir broşür alıb, digər qrup isə üç il ərzində idman proqramına daxil edilib.
Beş ilin sonunda məşq qrupunun təkrarlanan və ya yeni xərçəngə tutulma riski 28 faiz azalıb. Səkkiz ildən sonra ölüm riski 37 faiz azalıb.
Tədqiqatın aparıcı müəllifi, Kanada Kraliça Universitetindən Dr. Kristopher Bus bildirib: “Xəstələrimiz müalicədən sonra həmişə bizdən soruşurlar: “Mən başqa nə edə bilərəm?” İndi bu suala qəti cavabımız var: Məşq.”
Digər xərçəng növlərində də təsirli ola bilər
Tədqiqat birbaşa kolon xərçənginə yönəldilsə də, mütəxəssislər oxşar faydaların digər xərçəng növlərinə də aid ola biləcəyinə diqqət çəkirlər. Doktor Pamela Kunz, "İndi bu təsir səviyyəsinə malik bir müdaxilənin yayılması qaçınılmazdır", - deyə bildirib.
Mütəxəssislərdən xəbərdarlıq: Hər xəstə üçün uyğun olmaya bilər
İngiltərə Milli Səhiyyə Xidmətinin (NHS) Tibbi Direktoru Prof. Stefen Pouis bildirib ki, bu təməlqoyucu tapıntılar göstərir ki, əməliyyat və müalicədən sonra fərdiləşdirilmiş məşq planları həyat qurtara bilər. Lakin o, idmanın hər xəstə üçün uyğun olmaya biləcəyini xatırladıb və həkimə müraciət etməyin vacib olduğunu vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654