Hər il iyunun 7-də bütün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2018-ci ildən etibarən təsis olunan bu günün məqsədi – qida təhlükəsizliyi ilə bağlı maarifləndirməni artırmaq, ictimai diqqəti bu sahədə mövcud risklərə yönəltmək və sağlam həyat üçün təhlükəsiz qida istehlakının vacibliyini xatırlatmaqdır.
Azmedinfo.az "qida təhlükəsizliyi nədir və niyə önəmlidir?" suallarına sizinlə birgə cavab axtarır:
Qida təhlükəsizliyi – ərzaq məhsullarının istehsalı, saxlanması, daşınması və istehlakı zamanı insan sağlamlığı üçün zərərli mikroorqanizmlər, kimyəvi maddələr və digər çirkləndirici faktorlarla yoluxmamasını təmin edən tədbirlər toplusudur. Bu sahədəki boşluqlar zəhərlənmələrə, yoluxucu xəstəliklərin yayılmasına və hətta ölüm hallarına səbəb ola bilər.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il təxminən 600 milyon insan – yəni dünya əhalisinin 1 nəfərindən biri – təhlükəli qidalar səbəbilə xəstələnir, 420 min nəfər isə bu səbəbdən həyatını itirir. Bu faktlar göstərir ki, təhlükəsiz və keyfiyyətli qidaya çıxış, yalnız fərdi məsuliyyət deyil, həm də ictimai sağlamlıq və iqtisadi inkişaf üçün vacib məsələdir.
2024-cü ilin devizi: “Qida standartları həyatları qoruyur”
Bu il Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida standartları həyatları qoruyur” şüarı altında keçirilir. Məqsəd – beynəlxalq və milli səviyyədə tətbiq olunan qida təhlükəsizliyi standartlarının önəmini vurğulamaqdır. Standartlar həm istehsalçılar, həm nəzarət orqanları, həm də istehlakçılar üçün sağlam və təhlükəsiz qida zəncirini qorumaqda əsas vasitədir.
Azərbaycanda vəziyyət və görülən tədbirlər
Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. AQTA ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyi üzrə monitorinqlər, maarifləndirmə kampaniyaları və istehsal müəssisələrində yoxlamalar aparmaqla əhalinin sağlamlığının qorunmasına xidmət edir.
İstehlakçılara tövsiyələr:
– Qida məhsullarını rəsmi satış məntəqələrindən alın;
– Etiketləri oxuyun, son istifadə tarixinə diqqət yetirin;
– Ət, süd və digər tez xarab olan məhsulları düzgün saxlayın;
– Çiy və bişmiş məhsulları ayrı-ayrı qabda saxlayın;
– Qida hazırlanarkən gigiyena qaydalarına riayət edin.
Unutmayaq: Təhlükəsiz qida – sağlam həyatın təməlidir. Qida təhlükəsizliyinə hər birimiz cavabdehik!
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654