Miqren ən geniş yayılmış nevroloji xəstəliklərdən biridir və təkrarlanan şiddətli baş ağrısı tutmaları ilə xarakterizə olunur. Bu ağrı çox zaman pasiyentin gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, iş qabiliyyətini aşağı salır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Miqrenin vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.
Azmedinfo.az-a verilən məlumata görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə miqren xəstəliyinin diaqnostika və müalicəsi üzrə bir sıra tibbi xidmətlər qarşılanır. Bu xidmətlər sayəsində miqrenin dəqiq diaqnozunun qoyulması, xəstəliyin gedişatının izlənilməsi və fərdi müalicə planının hazırlanması mümkün olur.
Miqrenin diaqnozu klinik qiymətləndirmə (nevroloji müayinə) və zəruri instrumental-diaqnostik metodların tətbiqi ilə qoyulur. Xəstəliyin səbəbini dəqiq müəyyənləşdirmək və digər nevroloji pozuntuları istisna etmək məqsədilə icbari tibbi sığorta hesabına maqnit-rezonans tomoqrafiya (MRT) və elektroensefaloqrafiya (EEQ) müayinələri aparılır. MRT müayinəsi beynin detallı təsvirini əldə etməyə, baş ağrılarının digər mümkün səbəblərini (beyin şişi, insult və s.) vaxtında aşkar etməyə imkan verir. EEQ müayinəsi isə beynin elektrik aktivliyini qeydə almaqla, miqren tutmalarının epilepsiya kimi oxşar klinik əlamətlər verə bilən digər hallardan fərqləndirilməsinə xidmət edir.
Sözügedən müayinələr miqrenə xas şikayətlərin məhz bu xəstəliklə əlaqəli olduğunu təsdiqləməyə şərait yaradır. Belə ki, miqren tutmaları zamanı yaranan güclü, adətən başın bir tərəfində lokalizə olunan pulsasiyaedici (nəbzvari) baş ağrısı, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıq kimi əlamətlərin səbəbi müasir diaqnostik vasitələrin köməyi ilə dəqiq qiymətləndirilə bilir. Nəticədə həkim-nevroloq pasiyent üçün effektiv müalicə metodunu müəyyən edir və miqren tutmalarının tezliyi ilə şiddətinin azalmasına nail olunur.
Həmçinin, tibbi göstərişə əsasən miqren xəstəliyinin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar sözügedən xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə (həkim-nevroloqa) müraciət etməlidirlər. Qeyd olunan xidmətlər – həkim-nevroloq konsultasiyası, MRT və EEQ kimi instrumental-diaqnostik müayinələr, eləcə də stasionar müalicə dövründə pasiyentin dərman preparatları ilə təminatı – tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.
Məlumat üçün qeyd edək ki, miqren tutmalarının başlamasına müxtəlif daxili və xarici amillər səbəb ola bilər. Ən çox rast gəlinən qıcıqlandırıcı faktorlar sırasında güclü stres, yuxu rejiminin pozulması və ya yuxusuzluq, hormonal dəyişikliklər (xüsusilə qadınlarda menstrual dövr ərəfəsi), parlaq işıq və ya güclü səsə məruz qalma, habelə bəzi qida məhsullarının (məsələn, şokolad, kofeinli içkilər və s.) qəbulu dayanır. Risk faktorlarından yayınmaq və düzgün müalicə sayəsində miqren xəstəliyinə nəzarət etmək və normal həyat fəaliyyətini bərpa etmək mümkündür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026796
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026764
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654