Əsgərov İlkin Zakir oğlu bir müddət öncə həyatının həm ən çətin, həm də ən ümidverici sınağından keçib. Böyrək çatışmazlığından əziyyət çəkən İlkin bəyin səhhəti son illərdə davamlı şəkildə pisləşib. Lakin o, nə ümidini itirib, nə də mübarizədən vaz keçib. 2024-cü ilin mart ayında isə həyatında dönüş nöqtəsi baş verib — atası ona donor olub və uğurlu transplantasiya əməliyyatı həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, İlkin Əsgərovun sözlərinə görə, böyrəklərində ilk problemlər 2021-ci ildə başlayıb: “Əvvəlcə bunun müalicə ilə keçəcəyini düşündük. Amma 2022-ci ildə artıq dializ müalicəsinə başladım. Ayda üç dəfə saatlarla aparata qoşulmaq həm fiziki, həm də psixoloji baxımdan çox ağır idi.”
Əməliyyata qədərki dövr İlkin üçün olduqca çətin keçib: “Dializ zamanı halım tez-tez pisləşirdi. Yuxusuzluq, halsızlıq, təzyiq... Uşaqlarımla vaxt keçirmək istəyirdim, amma gücüm çatmırdı. Həkimlər transplantasiyadan başqa yol qalmadığını dedilər.”
Müalicə ilə bağlı araşdırmalar aparan İlkin bəy, böyrək transplantasiyasının dövlət hesabına və tam ödənişsiz həyata keçirildiyini öyrənərək, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə (ODTKM) müraciət edir.
“Mərkəzdə çox səmimi qarşılandım. İşçi heyət olduqca anlayışlı və diqqətli idi. Qısa müddətdə sənədlərim hazırlandı,” – deyə o xatırlayır.
Əməliyyat tanınmış transplantoloq Mircəlal Kazıminin rəhbərliyi ilə uğurla icra olunur.
“Mircəlal həkimə, həmçinin ODTKM rəhbərliyinə dərin təşəkkür edirəm. Onların dəstəyi və operativliyi olmasaydı, bu qədər tez sağlamlığıma qovuşa bilməzdim,” – deyə İlkin minnətdarlığını ifadə edir.
Artıq İlkin Əsgərov aktiv və sağlam həyat tərzi sürür. Gün ərzində 10 min addım atır, pəhrizə əməl edir, artıq çəkidən azad olub – 104 kiloqramdan 92 kiloqrama düşüb. Dializin ürəyində yaratdığı problemlər də aradan qalxıb.
“Sabah-axşam piyada gəzirəm, qidalanmama xüsusi diqqət yetirirəm. Kreatinin səviyyəsini aşağıda saxlamağa çalışıram. Ən önəmlisi odur ki, indi normal həyat yaşayıram,” – deyə İlkin bildirir.
Gələcəklə bağlı arzuları isə ailəsinə yönəlib. Goranboy rayonunun Zeynallı kəndində yaşayan İlkin Əsgərovun ən böyük istəyi övladlarının yaxşı təhsil alması, sağlam gələcək qurması və layiqli insanlar kimi yetişməsidir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654