Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 14:13
Əlaqə vasitələri
Bizimlə əlaqə
Rusiya alimləri vəbanın aşkarlanması üçün yeni sürətli test yaradıblar
11 İyun 2025
642
Rusiya alimləri vəbanın aşkarlanması üçün yeni sürətli test yaradıblar

Rusiyanın Rospotrebnadzorun Mikrob Taun Əleyhinə İnstitutunun alimləri vəbanın sürətli aşkarlanması üçün mövcud metodlardan altı dəfə tez analiz aparmağa imkan verən yeni test yaradıblar.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

 

"Vəbanın sürətli aşkarlanması üçün yeni test hazırlanıb. Bu test vəba vibrionunu aşkar etməyə, onun epidemiya yayılması təhlükəsi olub-olmadığını müəyyən etməyə imkan verir.

 

Bundan əlavə, yeni test çox həssasdır və patogenin kiçik bir hissəsini belə aşkar edə bilər. Bu, asemptomatik daşıyıcıların müəyyən edilməsi və infeksiyanın yayılmasının qarşısının alınması üçün xüsusilə vacibdir.

 

Test “Ölkənin sanitariya qalxanı – sağlamlıq üçün təhlükəsizlik” federal layihəsi çərçivəsində Mikrob İnstitutunun alimləri tərəfindən hazırlanıb və qeydiyyata alınıb.

Ən çox oxunanlar