Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 20:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
TDT Baş katibi: Türk dövlətləri səhiyyə sahəsində əməkdaşlıq yönündə qətiyyətli addımlar atırlar
13 İyun 2025
440
TDT Baş katibi: Türk dövlətləri səhiyyə sahəsində əməkdaşlıq yönündə qətiyyətli addımlar atırlar

Türkdilli ölkələr arasında bütün sahələrdə münasibətlər dərinləşir və güclənir.

 

Azmedinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən TDT ölkələri onkoloqlarının Birinci Konqresində deyib.

 

Onun sözlərinə görə, TDT ölkələri arasında əlaqələrin möhkəmlənməsi gələcəkdə böyük türk dünyasının yaranması üçün münbit zəmin formalaşdırır.

 

Baş katib bu günədək səhiyyə sahəsində birgə əməkdaşlıqlardan danışaraq qeyd edib ki, TDT ölkələri bu istiqamətdə qətiyyətli addımlar atırlar.

Ən çox oxunanlar