İyunun 12-13-də Qazaxıstanın tarixi Türküstan şəhərində kardiologiya sahəsinin ən böyük elmi forumlarından biri — Türk Dövlətləri Kardioloqlarının II Qurultayı və beynəlxalq iştirakla Qazaxıstan Kardioloqlarının XVII Qurultayı uğurla keçirildi.
Azmedinfo.az xəbər verir ki, 2024-cü ilin aprel ayında Bakıda təşkil olunan I Türk Dövlətləri Kardioloqlar Qurultayının uğurlu davamı kimi keçirilən bu II qurultayın əsas məqsədi ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında qazaxıstanlı və xarici mütəxəssisləri bir araya gətirmək, təcrübə mübadiləsini təmin etmək və kardiologiyanın son yeniliklərini işıqlandırmaq idi.
Azərbaycanı tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və nümayəndə heyəti təmsil etdi. Açılış mərasimində professor Gülnaz Dadaşova II Türk Dövlətləri Kardioloqlar Qurultayının sədrliyini Qazaxıstan tərəfinə təntənəli şəkildə təqdim etdi. Çıxışında o, qurultayın əhəmiyyətini, Türk Dövlətləri arasında dostluğun və səhiyyə əməkdaşlığının möhkəmlənməsini vurğuladı.
Professor Gülnaz Dadaşovanın sədrliyi ilə keçirilən “Türk Dövlətləri Kardioloqlar Qurultayı” sessiyasında o, “Kardiologiyada nailiyyətlər: Azərbaycanda əlçatanlığın və innovasiyanın genişləndirilməsi” mövzusunda çıxış etdi. Eyni zamanda, ETKİ-nin elmi katibi t.ü.f.d. Təranə Cavadova “Ekologiya — ekoloji risk faktorları və ürək-damar xəstəlikləri”, t.ü.f.d. Vüsal Hacıyev isə “Azərbaycanda TAVİ-nin tətbiqi. Keçid səhiyyə sistemində strateji və sistemli perspektiv” mövzularında çıxışlar etdilər.
Bu unikal tədbir Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Belarus, Almaniya, İtaliya, Portuqaliya və Avstraliyadan yüzdən çox görkəmli mütəxəssisi — aparıcı kardiologiya məktəblərinin və tədqiqat mərkəzlərinin nümayəndələrini bir araya gətirdi. Qurultayın proqramı arterial hipertenziyadan başlayaraq kardiogenetikada ən son yanaşmalara, süni intellektin kardiologiyada tətbiqinə qədər geniş və aktual mövzuları əhatə etdi.
Bu forum, Türk Dövlətləri arasında elmi əməkdaşlığın, təcrübə paylaşımının və səhiyyə sahəsində birgə inkişafın güclü zəminini yaratdı.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654