Azərbaycanlı uşaqların sümük iliyi transplantasiyası uğurla davam edir
17 İyun 2025
1248
Uşaqlar üçün həyat bəzən daha erkən sınaqlarla başlayır. Bəziləri daha körpə yaşlarında talassemiya, aplastik anemiya və leykoz kimi ağır diaqnozlarla qarşılaşır. Sevindirici haldır ki, artıq bu xəstəliklərlə mübarizə yalnız valideynlərin çiyinlərində deyil- dövlət dəstəyi və beynəlxalq əməkdaşlıqla birgə yürüdülən bir prosesdir.
Azmedinfo.az xəbər verir ki, 2014-cü ildən etibarən Azərbaycanda sümük iliyi transplantasiyası Talassemiya Mərkəzində dövlət vəsaiti hesabına həyata keçirilir. Donoru olmayan uşaqlar üçün isə uyğun donor axtarışı Türkiyənin TürkKök ilik bankı vasitəsilə aparılır və donor müəyyən edildikdən sonra əməliyyat "sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində dövlət proqramı ilə Türkiyədə icra olunur. Azərbaycan Talassemiya Mərkəzi bu istiqamətdə mühüm rol oynayır- həm diaqnostik dəqiqlik, həm də əməliyyata hazırlıq baxımından.
Birgə səylərlə 60- a yaxın uşağın həyatı dəyişib
Türkiyənin tanınmış uşaq onkohematoloqu, Anadolu Sağlıq Mərkəzinin həkimi professor Savaş Kansoy yaxın günlərdə Bakıya səfəri çərçivəsində Türkiyədə sümük iliyi köçürülən azərbaycanlı uşaqları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Talessemiya Mərkəzində müayinə edib.
Professor Kansoyun sözlərinə görə, hazırda əsasən qohum olmayan donorlardan sümük iliyi köçürülməsi üzrə protokollar tətbiq edilir: “Xüsusilə beta talassemiya major diaqnozu qoyulmuş uşaqlar üçün bu metod yeganə sağaldıcı yoldur. İndiyədək 60- a yaxın azərbaycanlı uşağa sümük iliyi köçürülüb. Donor tapılması TürkKök vasitəsilə aparılır. Uğur göstəricisi isə 75 faizdən yuxarıdır ki, bu da beynəlxalq səviyyədə olduqca yüksək nəticə sayılır.”
Azərbaycanın talessemiya ilə mübarizə istiqamətində son illərdə mühüm addımlar atdığını vurğulayan mütəxəssis ölkəmizdəki müalicə imkanlarını da yüksək qiymətləndirib: "Səhiyyə Nazirliyi ilə aramızda formalaşmış ortaq protokol əsasında bütün mərhələlər qarşılıqlı razılaşma ilə aparılır. Bu əməkdaşlıq həm xəstələr, həm də ümumi səhiyyə sistemi üçün çox faydalıdır.”
Savaş hoca gələcəkdə də belə ortaq layihələrin davam edəcəyini və əlaqələrin daha da genişlənəcəyini bildirib.
Hər uşaq bir ümiddir
Əməliyyatların hər mərhələsi Azərbaycanın Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) tərəfindən təqib və təşkil olunur. Mərkəzin koordinatoru Leyla Həsənova bildirib ki, transplantasiyadan əvvəl və sonra uşaqlar daima diqqətdə saxlanılır: “Biz mütəmadi olaraq Anadolu Sağlıq Mərkəzinə gedir, uşaqlar və ailələri ilə görüşür, onların vəziyyətini yaxından izləyirik. Müntəzəm olaraq əlaqə saxlayır, onların özlərini necə hiss etdiklərini soruşur, suallarını cavablandırırıq. Hər bir müraciətə həssaslıqla yanaşırıq. Çünki hər uşaq bir həyatdır, bir gələcəkdir, bir ümiddir."
Bu yol çətin idi, amma nəticə sevindirici oldu
Əməliyyat olunan azərbaycanlı uşaqların valideynləri “sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi” layihəsinin yalnız tibbi deyil, eyni zamanda mənəvi cəhətdən də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, müalicə müddətində dövlətin diqqəti və qayğısı ailələr üçün böyük dayaq olub.
11 yaşlı Ramizin anası Bahar Məmmədovanın sözlərinə görə, övladı 1 yaşından bəri talassemiyadan əziyyət çəkib və on il boyunca mütəmadi qan köçürməsinə ehtiyac duyulub.
“Nəhayət, sümük iliyi transplantasiyası ilə yeni həyata qapı açıldı,” – deyə sevincini ifadə edən ana, müalicənin Türkiyədə yüksək səviyyədə təşkil olunduğunu, həkim və tibb heyətinin onlara böyük diqqətlə yanaşdığını vurğulayıb.
11 yaşlı Xaqaninin anası Aynur Alıyeva üçün də bu proses həm gərgin, həm də ümidli bir yol olub: “Əməliyyat uzun çəkdi, amma uğurlu oldu. Oğlum sağaldı, evimizə sevinci qaytardı".
8 yaşlı Ayanın atası Mənsur Qarayev sümük iliyi nəqli əməliyyatının ailəsi üçün yeni bir ümid pəncərəsi olduğunu bildirib. Onun sözlərinə görə, dövlətin dəstəyi ilə həyata keçirilən bu müalicə uşaqların həyatında mühüm dönüş nöqtəsi olub: "Qızım özünü yaxşı hiss edir, gələcəyə inamla baxırıq. Dövlətimizin göstərdiyi dəstək sayəsində bu mərhələyə çatdıq. Əvvəlcədən də müalicəyə ciddi nəzarət olunurdu. Həm Azərbaycanda, həm də Türkiyədə tibbi heyətin uşaqlara münasibəti və diqqəti əvəzsiz idi. Uşaqların xaricdə əməliyyata qəbul olunması ölkəmizdə aparılan müalicələrin nəticələrindən asılı idi. Göstəricilər normal olmalı idi ki, əməliyyat üçün icazə verilsin" – deyə o qeyd edib.
Valideynlər göstərilən dəstəyə, yaradılan şəraitə və bütün prosesin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təşəkkür ediblər. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rolunu da xüsusi qeyd edərək bildiriblər: “Ən çətin anlarımızda belə bizə dayaq oldular. Bütün komandanın əməyi unudulmazdır.”
Məni sağaldan həkimlər kimi, mən də başqalarına kömək etmək istəyirəm
Sümük iliyi nəqlindən sonra yeni həyata başlayan uşaqlardan biri də 11 yaşlı Ramizdir. O, hazırda evdə təhsil alır, amma məktəbə qayıtmaq üçün səbirsizlənir: “Türkiyədə müalicə maraqlı idi. Həkimlər mənimlə söhbət edir, ünsiyyət qururdular. İndi məktəbə hazırlaşıram. Dünən testlərimi verdim. Ən böyük arzum həkim olmaqdır. Çünki məni sağaldan həkimlər kimi, mən də başqalarına kömək etmək istəyirəm.”
Qeyd edək ki, "sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində uşaqların müalicə prosesi yalnız tibbi deyil, həm də psixoloji və sosial dəstək baxımından da diqqətdə saxlanılır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654