İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA Bakı) dəstəyi ilə uşaqların sağlamlığının qorunması istiqamətində yeni bir təşəbbüsə start verir.
Azmedinfo.az xəbər verir ki, “Regionlarda uşaqların müayinəsi” adlı layihə çərçivəsində ölkə üzrə uşaq əhalisinin vaxtında tibbi yoxlamadan keçməsi, erkən diaqnostika və profilaktik tədbirlərin gücləndirilməsi hədəflənir.
Layihənin ilk mərhələsi 20–21 iyun 2025-ci il tarixlərində Ucar Rayon Mərkəzi Xəstəxanasında həyata keçiriləcək. Müayinələr zamanı müxtəlif ixtisaslı pediatrik həkimlər tərəfindən uşaqların sağlamlıq vəziyyəti qiymətləndiriləcək, ehtiyac olduğu halda əlavə müayinələr və müalicə tədbirləri üçün istiqamətlər veriləcək.
Müayinələrdən keçmək istəyən valideynlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşaraq bu fürsətdən yararlana bilərlər. Bu təşəbbüs regionlarda sağlamlıq imkanlarının əlçatanlığının artırılması və uşaqlara erkən yaşlardan diqqətin göstərilməsi baxımından əhəmiyyətli bir addımdır.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026192
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026160
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026126
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026110
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668