2024-cü il ərzində kəskin və xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ seansı icra olunub.
Azmedinfo.az Agentliyin məlumatına istinadən yazır ki, dializ böyrəklərin filtrasiya qabiliyyətinin itirilməsi səbəbindən qanda toplanan zəhərli maddələrin çıxarılmasının unikal üsuludur. Prosedurun mahiyyəti insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün qanın təcili təmizlənməsi, su-duz və turşu-əsas balansının bərpasıdır. Bu müalicə üsulu əsasən kəskin və xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə tətbiq edilir. Dializin iki əsas növü mövcuddur: hemodializ və peritoneal dializ.
Hemodializ zamanı böyrəklərin filtrasiya funksiyası süni dializator aparatı vasitəsilə həyata keçirilir. Tibb müəssisəsində aparılan bu prosedur pasiyentin vəziyyətini stabilləşdirir, həyat keyfiyyətini artırır və ömrünü uzadır.
Peritoneal dializ isə qarın boşluğuna yerləşdirilən qalıcı kateter vasitəsilə aparılır. Kateter, xəstəxana şəraitində yerləşdirilir və pasiyentə uzunmüddətli dializ imkanı yaradır. Peritoneal dializ xəstənin ixtisaslaşdırılmış mərkəzdə prosedurdan keçə bilmədiyi və ya standart manipulyasiyaya ciddi əks göstərişlər olduğu hallarda təyin edilir. Peritoneal dializin mühüm üstünlüyü onun ev şəraitində tətbiq oluna bilməsidir.
Kateterizasiyadan əlavə, uzunmüddətli hemodializ üçün sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və vena arasında süni birləşmə — arterio-venoz fistul əməliyyatı həyata keçirilir. Bu üsul infeksiya riskinin aşağı, uzunömürlü olması səbəbindən "qızıl standart" sayılır. Arterio-venoz fistul adətən damar-cərrahı tərəfindən yerli anesteziya və ya sedasiya altında aparılır.
Ötən il hemodializin həyata keçirilməsi məqsədilə icbari tibbi sığorta hesabına 1095 pasiyentə qalıcı venoz kateter yerləşdirilib. Həmçinin xroniki böyrək çatışmazlığı olan pasiyentlərə 567 arterio-venoz fistul əməliyyatı icra olunub.
Qeyd edək ki, hemodializ üçün müvəqqəti və qalıcı kateterlərin yerləşdirilməsi, arterio-venoz fistul əməliyyatının icrası, anesteziya xidməti, damarların angioplastikası (balon və ya stent daxil olmaqla), ilkin hemodializ və peritoneal dializ xidmətləri icbari tibbi sığorta təminatına daxildir. Bu xidmətlər tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə həyata keçirilir.
Proqramlı hemodializ üçün isə vətəndaşlar “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (hemodializ, periton dializi) təşkili və təkmilləşdirilməsinə dair Komissiya”sında qeydiyyata düşməlidirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654