İyunun 21-də Bakıda keçirilən “Mədə xərçənginə müasir baxış – hər yönü ilə mədə xərçəngi” adlı elmi-praktik konfransda Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyasının sədri, onkoloq Altay Əliyev açılış nitqi ilə çıxış edib.
Azmedinfo.az xəbər verir ki, həkim tədbir iştirakçılarını salamlayaraq bildirib ki, gələcəkdə konfransın indiki mövzusunda daha geniş tərkibli və məlumat dolu tədbirlərin keçirilməsi hədəflənir.
Altay Əliyev qeyd edib ki, konfransın əsas məqsədi mədə xərçəngi ilə bağlı cəmiyyətdə və tibbi ictimaiyyətdə fərqindəlik yaratmaq, bu xəstəliyə diqqəti artırmaq və xəstəliyin müalicəsi, əməliyyat incəlikləri ilə bağlı elmi müzakirələr aparmaqdır:
“Hər birimiz bilirik ki, tibb dəqiq riyaziyyat deyil, amma riyazi və statistik qanunlara tabe olan bir təbiət elmidir. Elmin hələ bilmədikləri, bildiklərindən daha çoxdur. Ona görə də ortaq fikir və ortaq ağıl olduqca önəmlidir.”
O, çıxışında Azərbaycanda mədə xərçənginin geniş yayılmış xəstəliklər arasında yer aldığını da vurğulayıb:
“Mədə xərçəngi ölkəmizdə görülmə sıxlığına görə üçüncü, ölüm göstəricilərinə görə isə yenə üçüncü sıradadır. Bu, artıq təkcə tibbi deyil, ümummilli məsələdir. Biz həkimlər vətəndaşlarımızın sağlamlığını qorumaq və ölüm nisbətlərini azaltmaq üçün əlimizdən gələni etməliyik.”
Altay Əliyev həmçinin mədə xərçənginin tarixindən maraqlı bir nüansa da toxunaraq fransız sərkərdəsi Napoleon Bonapartın ömrünün son günlərində bu xəstəlikdən əziyyət çəkdiyini, atasının və babasının da bilinməyən qarın ağrılarından əziyyət çəkdiyini və Napoleonun ölümündən əvvəl öz bədəninin araşdırılmasını istədiyini qeyd edib. O bildirib ki, bu fakt insanoğlunun öz irqini və gələcəyini qorumağa verdiyi önəmin göstəricisidir:
“Biz də insanlarımız və gələcəyimiz üçün bu xəstəliyi dərindən öyrənməli, yeni elmi yanaşmalarla mübarizəyə qatılmalıyıq.”
Sonda professor Altay Əliyev konfrans çərçivəsində radyoloq, patoloq və cərrah həmkarların, eləcə də gənc tibb tələbələrinin iştirakı ilə aparılan və yaxın günlərdə “Gastrointestinal Cərrahi” jurnalında dərc edilmiş araşdırmanın da təqdim olunacağını diqqətə çatdırıb. Araşdırma bədən ölçü parametrlərinin müalicə proqnozuna və doz reduksiyasına təsirini əhatə edir.
“Bu cür elmi əməkdaşlıqlar toplantını daha da maraqlı və məhsuldar edəcək,” – deyə Altay Əliyev çıxışını tamamlayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654