Yeni nəsil rəqəmsal imza olan “SİMA İmza”, “e-Səhiyyə” veb-portalı və mobil tətbiqinə tam inteqrasiya olunub. Bu addım vətəndaşların bir sıra tibbi xidmətlərə məsafədən, sürətli və təhlükəsiz şəkildə çıxışını təmin edib.
Azmedinfo.az xəbər verir ki, inteqrasiya nəticəsində istifadəçilər “SİMA İmza” vasitəsilə portala və ya mobil tətbiqə daxil olaraq xəstəlik vərəqələri, tibbi arayışlar, epikrizlər, reseptlər, peyvənd məlumatları, laborator analizlər və müayinə nəticələri kimi xidmətlərdən onlayn qaydada yararlana bilirlər.
Eyni zamanda, orqan donorluğu üçün müraciətlərin məsafədən göndərilməsi də mümkün olub. Bu müraciətlər Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (odtkm.gov.az) rəsmi saytı vasitəsilə “SİMA İmza” ilə rəqəmsal şəkildə formalaşdırıla bilər.
Qeyd edək ki, bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlar öncə “digital.login” sisteminə “SİMA İmza” ilə daxil olmalıdırlar.
“SİMA İmza” haqqında
“SİMA İmza” — AzInTelecom MMC tərəfindən yaradılmış yeni nəsil rəqəmsal imzadır. Mobil tətbiq formasında təqdim edilən bu xidmət 4,2 milyondan çox dəfə yüklənib. Onun köməyi ilə vətəndaşlar xidmət mərkəzlərinə getmədən, istənilən yerdən sənədləri imzalaya və elektron xidmətlərdən yararlana bilirlər.
“SİMA İmza” tətbiqindən istifadə tam ödənişsizdir. Əlavə məlumat üçün sima.az saytına daxil olmaq və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026192
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026160
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026126
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026110
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668