ABŞ-ın Con Hopkins Universitetinin alimləri ilk simptomlar ortaya çıxmadan illər əvvəl xərçəngin izlərini aşkarlaya bilən yüksək həssaslıqlı qan testi hazırlayıblar. Bu nailiyyət xərçəngin erkən mərhələdə aşkarlanmasına və müalicənin daha uğurlu olmasına imkan yarada bilər.
Azmedinfo.az "Cancer Discovery" elmi jurnalında dərc olunan tədqiqata istinadən yazır ki, bədxassəli şişlərin yaratdığı genetik mutasiyalar bəzi xəstələrin qanında xəstəlik diaqnoz qoyulmazdan üç ildən də artıq müddət əvvəl müəyyən edilib.
Araşdırmanın müəlliflərindən biri Yuxuan Vanq bildirib ki, xərçəngi üç il əvvəl müəyyən etmək müdaxilə üçün zaman yaradır. Bu zaman şişlər hələ ilkin mərhələdə olur və müalicə şansı daha yüksək olur.
Alimlər bu tədqiqatda ABŞ Milli Sağlamlıq İnstitutunun maliyyələşdirdiyi geniş miqyaslı araşdırma çərçivəsində toplanan qan plazması nümunələrini təhlil ediblər. Məlum olub ki, bəzi iştirakçılardan qan nümunələri alındığı zaman onlarda artıq xərçəngin molekulyar izləri – mutasiyaya uğramış DNT materialı mövcud olub.
Tədqiqatda qan dövranındakı şiş DNT-sini yüksək dəqiqliklə aşkar edən genetik analiz texnologiyasından istifadə edilib. Araşdırmaya cəlb edilən 52 nəfərin 26-sına qan nümunəsinin alınmasından 6 ay sonra xərçəng diaqnozu qoyulub. Digər 26 nəfər isə nəzarət qrupu kimi çıxış edib.
İştirakçılardan 8 nəfərdə MCED (çoxsaylı xərçəngin erkən diaqnozu) laborator testi müsbət nəticə verib. Bu şəxslərin hamısında 4 ay ərzində rəsmi xərçəng diaqnozu qoyulub. Həmin 8 nəfərin 6-sından əvvəlki illərdə də əlavə qan nümunələri götürülmüşdü və onların 4-nün nümunələrində şişlə əlaqəli genetik mutasiyalar aşkarlanıb.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bu nəticələr MCED testlərinin xərçəngin çox erkən mərhələdə aşkarlanması baxımından böyük ümid vəd etdiyini göstərir. Bu cür testlərin gələcəkdə standart qan analizlərinə daxil edilməsi ilə əhalinin hər il və ya iki ildən bir skrininq edilməsi mümkün ola bilər. Nəticədə xərçəngin daha aqressiv və müalicəyə davamlı mərhələlərə keçməsi vaxtında qarşısı alına bilər.
Tədqiqatın digər müəllifi Nikolas Papadopulos isə qeyd edib ki, xərçəngi klinik diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyənləşdirmək, müalicənin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Alimlər bu nəticələrin daha genişmiqyaslı və çoxsaylı iştirakçının cəlb olunduğu yeni tədqiqatlarla təsdiqlənəcəyinə ümid edirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650