Danimarkanın Orhus Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, mədə xorasına səbəb olan Helicobacter pylori bakteriyasının istehsal etdiyi CagAN adlı zülal fragmenti demensiyanın inkişafına qarşı mübarizədə mühüm rol oynaya bilər.
Azmedinfo.az "Science Advances" (SciAdv) jurnalında dərc olunan yeni araşdırmaya diqqət çəkib:
Alimlər qeyd edirlər ki, Alzheimer xəstəliyinin əsas səbəbi beyində zərərli zülal yığıntılarının – beta-amiloid və tau zülallarının – toplanmasıdır. Bu zülallar neyronlar arasında lövhələr və düyünlər yaradaraq onların fəaliyyətini pozur. Hal-hazırda mövcud olan dərmanlar yalnız xəstəliyin erkən mərhələsində beta-amiloid yığıntılarına qarşı təsirli olur və tau zülalına qarşı effektiv deyildir. Həmçinin bu preparatların ciddi, bəzən beyin ödemi kimi ağır fəsadları var.
Orhus Universitetinin alimləri isə fərqli yanaşma təklif ediblər: artıq formalaşmış zərərli strukturları məhv etmək əvəzinə, onların yaranmasının qarşısını almaq. Onlar sübut ediblər ki, H. pylori tərəfindən ifraz olunan CagAN zülalı həm beta-amiloid, həm də tau zülalının yığılmasını əngəlləyə bilir. Maraqlıdır ki, bu təsir minimal miqdarda CagAN ilə belə müşahidə olunub.
Nüvə maqnit rezonansı (NMR) vasitəsilə aparılan analizlər göstərib ki, CagAN zülalı toksik strukturların yaranmasının erkən mərhələlərinə müdaxilə edir və zülal molekullarının birləşməsinin qarşısını alır.
Bundan əlavə, bu zülalın 2-ci tip şəkərli diabetlə əlaqəli IAPP və Parkinson xəstəliyi ilə əlaqəli alfa-sinuklein zülallarının da yığılmasını dayandırmaq qabiliyyətinə malik olduğu müəyyən edilib. Alimlər bu kəşfin gələcəkdə müxtəlif neyrodegenerativ xəstəliklərə qarşı universal dərmanların yaradılmasına imkan verəcəyinə inanırlar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654