Qızılca, əsasən uşaqlarda rast gəlinən, yüksək infeksion xüsusiyyətə malik, virus mənşəli xəstəlikdir. Qızılca virusu, hava damcı yolu ilə yayılaraq, bədənin müxtəlif hissələrində qaşınma, öskürək və yüksək hərarət, burun axması, gözlərdə qızarıqlıq, yüksək temperaturun ardından üzdən başlayaraq bədənin qalan hissəsinə doğru yayılan səpkilərlə özünü büruzə verir.
Azmedinfo.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən xəbər verir ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qızılcanın diaqnostika və stasionar müalicəsi üçün geniş çeşiddə tibbi xidmətlər təminata alınıb. Xəstəliyin diaqnozu əsasən klinik əlamətlər əsasında qoyulur, lakin dəqiq diaqnozun təsdiqi üçün bir neçə laborator analiz tətbiq oluna bilər. Bu analizlər arasında Anticisim Rubella seroloji testi, PCR (Polymerase Chain Reaction) testləri və qızılca virusunun antikorlarını yoxlamaq üçün İgG və İgM testləri icbari tibbi sığorta hesabına qarşılanır.
Əksər hallarda qızılca yüngül bir xəstəlik kimi keçsə də, bəzi hallarda ciddi ağırlaşmalara yol aça bilər. Qızılca, xüsusən immuniteti zəif olan, yaşlılar, uşaqlar və hamilələrdə daha ciddi fəsadlara səbəb ola bilər. Bu ağırlaşmalar arasında ağciyər iltihabı (pnevmoniya), beyin iltihabı (encefalit), baş vә onurğa beyninin toksiko-allergik vә ya virus etiologiyalı iltihabı (encefalomielit), qulaq infeksiyası (orta otit), meningit, qusma, bağırsaq, ürək problemləri, göz iltihabı (keratit), konyuktivit və digər diaqnozlarla müşayiət olunan xəstəliklərə rast gəlinə bilər. Tibbi göstərişə əsasən qızılcanın ağırlaşması zamanı qeyd olunan xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator analizlər, instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.
Məlumat üçün bildirək ki, qızılcanın daha çox ağırlaşmasına səbəb ola biləcək risk faktorları arasında vitamin A çatışmazlığı, immun sisteminin zəifliyi, digər xroniki xəstəliklər və yaş amili yer alır. Bu ağırlaşmaların qarşısını almaq üçün erkən müdaxilə vacibdir. Qızılcaya qarşı ən güclü müdafiə üsulu QPM peyvəndidir (qızılca, parotit, məxmərək peyvəndi). Bu peyvənd 1 və 6 yaşlarda iki doza şəklində icbari tibbi sığorta hesabına vurulur və yüksək effektivliyə malikdir.
Xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərin izolyasiyası, şəxsi gigiyena qaydalarına ciddi riayət və erkən tibbi müdaxilə həyati əhəmiyyət daşıyır. Əlamətlər aşkarlandıqda dərhal həkimə müraciət etmək ağırlaşmaların qarşısını almağa kömək edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026796
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026764
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654