Türkiyə Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ildə hər 100 min canlı doğuma düşən ana ölümü göstəricisi 11,5-ə enərək ölkə tarixində qeydə alınan ən aşağı səviyyəyə çatıb.
Azmedinfo.az "TRT Haber"ə iatinadən yazır ki, bu nəticə ilə Türkiyə, 2025-ci il üçün müəyyən edilmiş hədəfi qabaqlayaraq mühüm bir uğura imza atıb.
Ana və uşaq ölümlərində davamlı azalma
Nazirliyin açıqlamasında "Türkiyə Milli Ana Ölümü Araşdırması"nın nəticələrinə əsaslanaraq bildirilib ki, 2005-ci ildə hər 100 min canlı doğuma görə 28,5 faiz olan ana ölümü göstəricisi 2017-ci ildə 14,5, 2023-cü ildə 13,5 faiz olaraq qeydə alınıb. 2024-cü ildə isə bu göstərici 11,5 faizə enərək indiyədək ölçülən ən aşağı səviyyəyə çatıb.
BMT-nin hədəfinə illər öncə çatılıb
Açıqlamada ana ölüm göstəricisinin – bir il ərzində hamiləliklə bağlı və ya hamiləliyin ağırlaşdırdığı səbəblərdən həyatını itirən qadınların sayının həmin il ərzində baş verən canlı doğumların sayına nisbəti olaraq hesablandığı qeyd olunub. Bu göstərici 100 minlə vurularaq təqdim edilir.
Bu rəqəmin ölkələrin səhiyyə və inkişaf səviyyəsini əks etdirən əsas indikatorlardan biri olduğu vurğulanıb. Səhiyyə qurumlarının bu nisbəti aşağı salmaq üçün müxtəlif fəaliyyət planları həyata keçirdiyi bildirilib.
Nazirliyin açıqlamasında qeyd edilib ki, Türkiyə ana ölümü göstəricilərinin azaldılması baxımından ən uğurlu ölkələrdən biridir. 1990-cı ildə hər 100 min canlı doğuma görə 100 olan ana ölümü göstəricisi, 2000-ci illərdə atılan addımlar nəticəsində kəskin şəkildə azaldılıb və BMT-nin "2030-cu ilə qədər ana ölümü nisbətinin 100 min doğuma görə 70-in altına endirilməsi" hədəfinə artıq 2000-ci illərin ortalarında çatılıb.
Rəqəmlərlə körpə ölümlərində azalma
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2023-cü ildə ölkədə 9731 körpə ölümü qeydə alınıb. Bu rəqəm 2024-cü ildə 8475-ə enib. Körpə ölüm göstəricisi 2023-cü ildə hər min doğuma görə 10,1 olduğu halda, 2024-cü ildə 9,0 olaraq ölçülüb. Beş yaş altı ölüm göstəricisi isə 2023-cü ildə 14,7 ikən, 2024-cü ildə 11,1-ə düşüb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654