Beynəlxalq astronomlar qrupu Yerə bənzər xüsusiyyətlərə malik GJ 12 b adlı ekzoplaneti aşkarlayıb. Bu planet ölçüsü, istiliyi və sıxlığı baxımından Yerə çox oxşayır. 40 işıq ili uzaqlıqda yerləşən bu planet Günəş sistemindən kənarda həyat axtarışları üçün ümidverici başlanğıc nöqtəsi sayılır.
Azmedinfo.az "arXiv" portalında dərc olunan araşdırmanın nəticələrinə istinadən yazır ki, yeni tapılmış planet M sinifinə aid, aktiv olmayan qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Bu isə müşahidə üçün çox əlverişli şərait yaradır, çünki ulduzun sakitliyi tədqiqatları çətinləşdirmir.
NASA-nın TESS peyki və MAROON-X adlı spektroqraf vasitəsilə əldə olunan ilkin məlumatlara görə, GJ 12 b-nin radiusu Yerinkindən cəmi 4% kiçikdir, səth temperaturu isə təxminən 27°C-dir. Bu temperatur maye suyun mövcudluğu üçün əlverişli hesab olunur. Planetin kütləsi də Yerinkindən azdır — təxminən 71%. Alimlər düşünürlər ki, bu planetin aşağı sıxlığı onun su və atmosferə malik olması, ya da tərkibində dəmirin az olması ilə əlaqəli ola bilər.
İndi tədqiqatçılar diqqətlərini “Ceyms Uebb” kosmik teleskopuna yönəldiblər. Bu teleskop planetin atmosferini analiz etmək üçün lazım olan bütün avadanlıqlara malikdir. Bununla belə, bir problem var: GJ 12 b-nin kiçik kütləsi onun atmosferini itirməsinə səbəb ola bilər. Amma alimlər hesab edirlər ki, əgər planetdə vulkanik fəallıq varsa, bu atmosferin qorunmasına kömək edə bilər.
Bu kəşf, kainatda ən çox rast gəlinən ulduz növü olan qırmızı cırtdanların ətrafında planetlərin necə yarandığını anlamaq üçün elm adamlarına yeni fürsətlər yaradır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654