Krım–Konqo hemorragik qızdırması (KKHQ) kəskin gedişli, ağır qanaxma ilə müşayiət olunan virus mənşəli infeksion xəstəlikdir. Bu virus Nairovirus cinsinə aid olub Bunyaviridae ailəsinə daxildir.
Azmedinfo.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, xəstəlik həm insanlar, həm də heyvanlar üçün təhlükəlidir, lakin insanlarda daha ağır keçir.
KKHQ əsasən aşağıdakı yollarla yayılır:
Encefalit gənələri (xüsusilə Hyalomma növü) tərəfindən insanı sancmaqla;
Virusla yoluxmuş mal-qara və digər heyvanların qanı, toxumaları və sekresiyaları ilə təmasda olmaqla;
Yoluxmuş insanların qanı, sidiyi, tüpürcəyi və ya bədən mayeləri ilə birbaşa təmas zamanı (xüsusilə səhiyyə işçiləri üçün risklidir).
Əsas simptomlar:
Xəstəliyin inkubasiya dövrü gənə sancmasından sonra: 1–3 gün (bəzən 9 günədək) çəkir.
Yoluxmuş qan və ya toxuma ilə təmasdan sonra: 5–6 gün (maksimum 13 gün) davam edir.
Xəstəlik qəfil başlayır və aşağıdakı simptomlarla müşayiət olunur:
Yüksək hərarət (39–41°C)
Baş ağrısı
Əzələ və bel ağrıları
Gözlərdə qızartı, işığa həssaslıq
Bulantı, qusma, ishal
Üz və döş nahiyəsində qızartı
Burun, diş əti və daxili orqanlardan qanaxmalar
Qaraciyər və dalaq böyüməsi
Dəri altında göyərmələr (hematomalar)
Qızdırm orqanizmin bir çox sistemini zədələyə bilər. Ən təhlükəli fəsadlar bunlardır:
Ağciyər və böyrək çatışmazlığ
Qanaxmalar nəticəsində şok
Qaraciyərin zədələnməsi
Ölüm halları (xəstəliyin ölümcüllük nisbəti 10–40% arasında dəyişir)
Müalicə və profilaktika:
Hal-hazırda xəstəliyə qarşı spesifik peyvənd insanların istifadəsi üçün mövcud deyil (yalnız bəzi ölkələrdə məhdud istifadə olunur). Müalicə əsasən simptomatik və dəstəkləyici xarakter daşıyır:
Qanaxmanın qarşısını almaq və durdurmaq
Elektrolit balansının bərpası
Qaraciyər və böyrək funksiyalarının qorunması
Antiviral dərman Ribavirin bəzi hallarda istifadə oluna bilər, lakin effektivliyi hələ də müzakirə mövzusudur.
Qorunma yolları:
Gənə sancmalarından qorunmaq üçün gətərici mühitlərə gedərkən qoruyucu geyim geyinmək
Gənə tapıldıqda onu spirt və ya pensetlə düzgün çıxarmaq
Heyvan kəsimi və işlənməsi zamanı əlcək və qoruyucu geyimdən istifadə etmək
Yoluxmuş şəxslərlə təmasdan çəkinmək və səhiyyə işçilərinin izolyasiya qaydalarına ciddi əməl etməsi
Risk zonalarında əhalinin maarifləndirilməsi və epidemioloji nəzarət tədbirlərinin gücləndirilməsi
Krım–Konqo hemorragik qızdırması əhəmiyyətli ictimai sağlamlıq problemi yarada biləcək ciddi infeksiyadır. Lakin vaxtında aşkarlandıqda və düzgün tədbirlər görüldükdə xəstəliyin qarşısını almaq və yayılmasını əngəlləmək mümkündür. Xüsusilə kənd təsərrüfatı işçiləri, baytarlar, səhiyyə işçiləri və mal-qara ilə təmasda olan şəxslər diqqətli olmalı və maarifləndirici məlumatlara əməl etməlidirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026796
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026764
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654