İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, çarpazvari bağların rekonstruksiyası (bərpası) əməliyyatları artıq icbari tibbi sığorta çərçivəsində qarşılanır.
Azmedinfo.az xəbər verir ki, bu yenilik vətəndaşların travma və idman zədələri nəticəsində tez-tez rast gəlinən diz oynağı zədələrinin müalicəsinə daha əlçatan şəkildə çıxışını təmin edir.
Belə ki, ön və arxa çarpaz bağların qopması, dizin sabitliyini və funksionallığını ciddi şəkildə poza bilər və əməliyyatla bərpa edilmədiyi təqdirdə, gələcəkdə ciddi ortopedik fəsadlara səbəb ola bilər. Əvvəllər bu cür əməliyyatlar vətəndaşların şəxsi vəsaiti hesabına aparılırdı. İndi isə bu müdaxilələr İcbari Tibbi Sığorta sisteminə daxil olan tibb müəssisələrində icra olunur.
Əməliyyat üçün ilkin müayinə, MRT müayinəsi və ortoped-travmatoloqun qərarı əsas götürülür. Vətəndaşlar yaşadıqları ərazi üzrə poliklinikaya müraciət etməklə göndəriş ala və qeydiyyatda olduqları tibbi xidmət göstərən müəssisədə bu əməliyyatı etdirə bilərlər.
Qeyd edək ki, bu xidmətin icbari tibbi sığortaya daxil edilməsi, xüsusilə idmanla məşğul olan gənclər, aktiv həyat tərzi sürən şəxslər və travma keçirmiş pasiyentlər üçün əhəmiyyətli maliyyə dəstəyi və reabilitasiya imkanı yaradır.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026534
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026196
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026178
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026170
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026166
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026134
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026132
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026124
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026122
-
3,5 milyon tibbi məlumat vahid sistemdə - "Tibbi Rəqəmsal Əkiz" sisteminə keçidƏn çox oxunanlar24 İyul 2026118
-
Növbəti ekoloji maarifləndirici görüşƏn çox oxunanlar24 İyul 2026100
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202692
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202680
-
Yay aylarında həzm sistemini necə qorumalı?Ən çox oxunanlar25 İyul 202664
-
25 iyul – Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması GünüƏn çox oxunanlar25 İyul 202648
-
Müasir gənclər niyə ailə qurmaqda maraqlı deyil?Ən çox oxunanlar25 İyul 202612
-
Qurani maariflənmə - İlahı mesajı doğru anlamağın əhəmiyyətiƏn çox oxunanlar24 İyul 20268